Doğuş zamanı körpəsi ölən ata həkimi döydü

Lənkəranda qeysəriyyə əməliyyatı zamanı uşağı ölən ata doğum şöbəsinin müdirini döyüb.
Doğuş zamanı körpəsi ölən ata həkimi döydü

Lənkəran şəhər baş polis idarəsindən AzVision.az-a verilən məlumata görə, ötən gün saat 21:36-da Lənkəran Mərkəzi Rayon Xəstəxananın baş həkimi Ağabala Kəlbiyev tərəfindən rayon prokurorluğuna xəstəxananın doğum şöbəsində Cəlilabad rayonu Əliqasımlı kənd sakini İsbarova Aynur Gülağa qızının doğuş zamanı uşağının ölməsi barədə məlumat daxil olub.

Həmçinin həmin tarixdə həmin xəstəxanın doğum şöbəsinin müdiri Yeganə Nəhmətova ərizə ilə polis şöbəsinə müraciət edərək bildirib ki, əməliyyat edən həkim, xəstəxanaya gətirilən qadının yoldaşı Əkbərov Mirzəsəfər Xudam oğlu tərəfındən döyülüb.

İlkin məlumata əsasən rayon prokurorluğu tərəfindən meyitə baxış keçirilib.

Müəyyən edilib ki, 1987-ci il təvəllüdlü Cəlilabad rayonu sakini 7 aylıq hamilə İsbarova Aynur Gülağa qızı ötən gün saat 14 radələrində səhhətində olan problemlərlə əlaqədar xəstəxanaya müraciət edib. Və həmin doğum şöbəsinin müdirü Yeganə Nəhmətova tərəfindən qeysəriyyə əməliyyatı olunmasına baxmayaraq, A.İsbarovanm bətnində olan döl ölü doğulub.

Faktla bağlı, rayon prokurorluğunda araşdırma aparılır.






Fikirlər