Cinayətkar aləm yeni böyük müharibəyə hazırlaşır

Cinayətkar aləm yeni böyük müharibəyə hazırlaşırRusiya hüquq-mühafizə orqanlarının əməliyyatçılarının əldə etdiyi məlumata görə “Şakro Molodoy”un İspaniyadan qayıtmasından sonra “Ded Xasan”ın tacı uğrunda qanlı mübarizə başlayacaq


Rusiya cinayətkar aləmi bir neçə ay davam edən sakitlikdən sonra yeni böyük müharibəyə hazırlaşır.Azertaym.az saytı “Rosbalt”a istinadən xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanlarına əməliyyat məlumatları daxil olub. Əməliyyatçılar bildirir ki, yeni müharibə “Şakro Molodoy” ləqəbli kriminal avtoritet Zaxari Kalaşovun İspaniyadan qayıtmasından sonra başlayacaq. O, hazırda İspaniya həbsxanasındadır və bu ilin yazında azadlığa buraxılacaq.

Hazırda “Şakro Molodoy” cinayətkar aləmin kralı postuna “Ded Xasan”ın öldürülməsindən sonra 1 nömrəli namizəd hesab edilir. Lakin onun Moskvaya qayıtmaq planları slavyan qanqsterləri narahat edir. Hazırda slavyanlar cinayətkar aləmdə faktiki olaraq liderdir. Həmçinin yeni meydana çıxmış “vor zakon”lar mövqelərini möhkəmləndirir. “Şakro Molodoy” qayıdandan sonra belələrini “vor zakon” adından məhrum etməyə hazırlaşır.






Fikirlər