Azərbaycanda mülkü formalı polislər qəza törədilər və... - Eksklüziv Qəza törədən polis işçiləri zərərçəkənlərə ciddi bədən xəsarəti yetiriblər

Azərbaycanda mülkü formalı polislər qəza törədilər və... - Eksklüziv Qəza törədən polis işçiləri zərərçəkənlərə ciddi bədən xəsarəti yetiriblərDaha bir polis özbaşnalığı dünən axşam saatlarında Alatava yaşayış masivinin Bakı-Astara maqistral yolunun çıxışında olub.

Azertaym.az-ın məlumatına görə, özlərini polis işçisi kimi təqdim edən bir qrup şəxs idarə etdikləri “KİA-Obitma” markalı 85 CP 111 dövlət nömrə nişanlı maşınla vətəndaş İsmayilov Məhərrəmin idarə etdiyi VAZ 21011markalı 10 PX 978 dövlət nömrə nişanlı avtomabilə toquşub. Qəza zamanı maşında İsmayılov Məhərrəmin oğlu, 1987 –ci il təvvəllüdlü İsmayılov Elimdar da hadisə yerində olublar. İçkili polislər qarşı tərəfdən üzrxahlıq əvəzinə, onları söyüb təhqir edib, mübahisə daya çevirilib. Maşında olan və daha sonra hadisə yerinə gələn mülki geyimli polislər ata və oğulu xəstəxanalıq edən kimi döyüblər.

Hadisəni görən ictimai fəalt Cəmil Hacıyev, dostu Niyazi Qurbanov və digər ətrafdakı insanlar tərəfləri aralamağa və haldan düşmüş ata və oğulu onları döyənlərin əlindən almağa çalışıblar. Bu zaman hadisə yerinə gələn mülki geyimlilər Cəmil Hacıyevin 103 xidmətinə zəng etməsinə mane olublar. Onun telefonunu əlindən alıb, qolunu buraraq həbs etmək istəyiblər. Lakin buna mudaxilə edən insanların hiddətindən qorxuya düşən polislər təcili orani tərk ediblər.

Qarşıdurma nəticəsində vətəndaşlardan Niyazi Qurbaov xəsarət alıb, döyülənlər İsmayılov Məhərrəmin ayağı sındırılıb, İsmayılov Elimdar isə kəllə beyin zədəsi alıb. Onların hər ikisi təcili tibbi yardım maşınında Musa Nağıyev adına xəstəxanaya aparılıb. İsmayılov Məhərrəmin ayağına gips qoyularaq evə buraxılıb, oğlu Elimdar İsmayılovun vəziyyəti ağır olaraq qalır. İsmayılov Məhərrəm hadisə ilə əlaqədar DİN 102 xidmətinə zəng etsə də, yalnız bu gün sonra Yasamal rayon polis idarəsinin müstəntiqi Tural Hacıyev onların yaşadığı ünvana gəlib, ondan izahat almaqla kifayətlənib.

Hadisə zamanı özlərini polis kimi təqdim edən mülki geyimlilərin cinayət törətməsinə reaksiya verən Cəmil Hacıyev onların qanun qarşısında cavab verəcəklərini bilidrib, bundan sonra da həmin polis əməkdaşları yenə kobud şəkildə cavab verib deyiblər ki, “qanun da bizik, dövlət də bizik, siz hec nə edə bilməsiz bizə”

Bu azmış kimi hadisə törədənlər Musa Nağıyev adına xəstəxananın travmotologiya şöbəsinə yerləşdirilən İsmayılov Elimdarın yaxınlarına və həkimlərə təziqlər göstərirlər.
Hazırda xəstənin vəziyyəti ağır olaraq qalır.

Oxşar hadisə 28 dekabr 2013-cu ildə Qızıldaş sakinlərinə qarşı olmuşdu ki, həmin hadisə nəticəsində 8 nəfər dünyasını dəyişmişdi.

Belə hadisələrlə bağlı DIN-nin Daxili Təhqiqat Idarəsinin rəisi Məhəbbət Hüseynovla əlaqə yaratsaq da, o, acıqlama verməkdən imtina etdi.

Hadisəni diqqətdə saxlayacayıq.






Fikirlər