16.01.2014. - Xaçmazda narkotik maddə satan şəxs iş başında yaxalandı

16.01.2014. -  Xaçmazda narkotik maddə satan şəxs iş başında yaxalandı Xaçmaz rayon Polis Şöbəsinin Xudat Polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz satışı və qəbulu ilə məşğul olmaqda təqsirləndirilən şəxs saxlanılıb.
Bu, 26 yaşlı rayonun Müqtədir qəsəbə sakini Siracov Elmar Nəcməddin oğludur. Saxlanılan şəxs qurudulmuş marixuananı satarkən polis əməkdaşları tərəfindən yaxalanıb.
16.01.2014. -  Xaçmazda narkotik maddə satan şəxs iş başında yaxalandı
Onun üzərinə baxış keçirilərkən şəxsi istehlak miqdarında artıq qurudulmuş marixuana aşkarlanıb. Elmar Siracov ailəlidir və əvvəllər məhkum olunmayıb. Faktla bağlı Xaçmaz RPŞ-də istintaq tədbirləri davam etdirilir.






Fikirlər