Bill QEYTS 20 yaşlarında daha uğurlu olmaq üçün nələrdən IMTINA edib...?!

Bill Qeyts 20 yaşlarında məhsuldarlığını artırmaq və daha uğurlu olmaq üçün bir sıra addımlar atmaq qərarına gəlir. İlk işi demək olar ki, hər bir insanın etdiyi bir şeyi məhdudlaşdırmaq olur.
BiG.AZ techland.az-a istinadən bildirir ki, çox qəribə üsuldur amma Bil Qeyts bir müddət həyatından musiqini və televizoru çıxarır. Hazırda televizora baxıb musiqi dinləsə də həmin dövrlərdə bu etdiyinin həyatında çox müsbət dəyişikliklər göstərdiyini qeyd edir.
"20 yaşlarımda televizora baxmamaq və musiqi dinləməmək qərarına gəldim. Sizə qəribə gələ bilər ancaq televizor və musiqinin mənim proqramlaşdırma sahəsində düşünməyimə əngəl olduğunu hiss edirdim. Bu məhdudlaşdırma müddəti isə nə az nə çox 5 il çəkdi. Hazırda Narcos kimi serialların, U2 və Beatles kimi qrupların heyranıyam..."
Bill Qeyts hazırda daha diqqətli və məhsuldar olmaq üçün nələr edir?
"Musiqi dinləmək və televizora baxmaqdan imtina etdiyim illərdə bir çox insanın meditasiya ilə məşğul olduğunu bilirdim. Ancaq bu mənim diqqətimi çəkmirdi. Bunun bir xürafət olduğunu və işə yaramayan bir şey olduğunu düşünürdüm. Ancaq hazırda daha diqqətli və məhsuldar olmaq üçün hər gün ən az 10 dəqiqə meditasiya ilə məşğul oluram... "






Fikirlər