47 yaşında "İlin ən gözəl qadını" ADINI QAZANDI

    

 Dünyaca məşhur “People” jurnalı 47 yaşlı aktrisa Cennifer Enistonu 2016-cı ilin ən gözəl qadını adlandırıb.

Anspress xəbər verir ki, bu barədə nəşrin rəsmi saytı xəbər verib. Nəşrin müəlliflərinin sözlərinə görə, "Dostlar" serialının ulduzu sağlam həyat tərzini təbliğ edir, həmçinin dürüst, xeyirxah, sakit və özünə arxayın qadındır. Cennifer Eniston hər gün altı saat idmanla məşğul olur və sağlam qidanı üstün tutub fast-fudalardan imtina edib.

"Ətrafınızda olanların sizi tənqid etməsinə icazə verməyin və onların sözlərini ürəyinizə yaxın buraxmayın. Taleyin çağırışlarını sakitcə qəbul edin və heç nəyi əsirgəməməyə çalışın", - deyə Enistonun sözünü jurnalistlər sitat gətirib.

Daha əvvəl Victoria's Secret şirkətinin sorğusuna görə, bütün vaxtların ən seksual qadını Cennifer Lopes seçilib.

Cennifer Eniston - Amerikalı aktrisa film rejissoru, prodüsser və biznes ledidir. Ona ilk şöhrəti "Dostlar" (1994–2004) serialında oynadığı Reyçel Qrin rolu gətirib və bu rolu sayəsində o, "Emmi", "Qızıl Qlobus" mükafatlarını qazanıb. Ötən il “People” jurnalı hollivud aktrisası Sandra Bulloku 2015-ci ilin ən gözəl qadını adlandırıb.

 

İlin ən gözəl qadını seçildi

 






Fikirlər