"Bu yaşda belə seksual görünəcəyimi bilməzdim" - CENNİFER LOPEZ

  


"Bu yaşda belə seksual görünəcəyimi bilməzdim" - Cennifer Lopez

50 yaşına az qalsa da, hələ də gənc qızları qısqandıracaq dərəcədə bədən quruluşu olan Cennifer Lopez gənc qalması haqda danışıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 47 yaşlı ulduz gənclik illərində gələcəkdə belə bir görünüşünün olacağını fikirləşmədiyini bildirib.

İllərin ona təcrübə qazandırdığını deyən Cey Lo "bu işə başlayanda hər şeyin bir gün sona çatacağını düşünmüşdüm. Heç kim yaşa dolanda belə bir görünüşdə olacağını xəyal etmir. Mən də seksual görünəcəyimi bilməzdim" deyib.

Keçdikdə həyata daha da bağlandığını etiraf edən Lopez son günlər "Epic Recordings" şirkəti ilə müqavilə bağlayaraq gündəmə gəlib. Bu onun keçmiş dostu L.A Rayd ilə yenidən bir araya gəlib böyük işlər görəcəyini bildirir. Hazırda "American İdol" yarışmasında münsiflər kürsüsündə oturan Cennifer baş rolda çəkildiyi "Shades of Blue" ("Mavinin çalarları") serialının uğuru ilə də manşetlərdən düşmür.

Qeyd edək ki, üçüncü həyat yoldaşı Mark Entonidən Maks və Emme adlı əkiz uşaqları olan müğənni uzun müddətdir ki, 28 yaşlı rəqqas Kasper Smartla sevgilidir.

 

 

 

 

 






Fikirlər