Gənc müğənni şəhidlərimizin xatirəsinə klip çəkdi: ''MƏN ŞƏHİD OLDUM'' - VİDEO

Müğənni Çingiz Mustafayev “Mən şəhid oldum” mahnısına klip çəkdirib.

Müğənninin müəllifi olduğu mahnıya rejissor Vüsal Məmmədov ekran həyatı verib. 

Müğənni ekran işini Qarabağın azadlığı uğrunda şəhid olan əsgər analarına həsr etdiyini bildirib. Klipdə xalq artisti Həmidə Ömərova rol alıb. 

Qeyd edək ki, Ç.Mustafayev sözügedən bəstəni “Şəhid arzuları” adı ilə 2014-cü ilin avqust ayında cəbhədə yaşanan gərginlik zamanı təqdim etmişdi. 

 

 






Fikirlər