20.02.2014. - Oğlunu şou-biznesə gətirir

20.02.2014. -  Oğlunu şou-biznesə gətirirƏməkdar artist, sevilən xanəndə Gülyaz Məmmədova “Şabran” ifasına klip çəkdirdikdən sonra yaradıcılığına bir balaca fasilə verib.

AzerTaym.az Publika.az-a istinadən xəbər verir ki, vaxt azlığından şikayətlənən əməkdar artist özünü tənbəllikdə də ittiham edib. Muz TV-ə açıqlamasında müğənni oğlu Ramanın gözəl səsi olduğunu və estrada ifaçısı kimi fəaliyyət göstərəcəyini bildirib. Gülyaz xanım övladının bu sahədə uğur qazanacağına inandığını da dilə gətirməyi unutmayıb.

Hətta müğənni fransız dilində mahnı ifa edəcəyi barədə məlumat verib. Bir neçə mahnı nəzərdə tutan muğam ifaçısı bu dildə məharətlə oxuyacağından əmindir.






Fikirlər