Aygün Kazımova “Orasına-burasına” üçün dəyişdi - FOTOLAR

Aygün Kazımova “Orasına-burasına” üçün dəyişdi - FOTOLAR

Müğənni Aygün Kazımova “Orasına-burasına” adlı yeni mahnısını təqdim etməyə hazırlaşır.
Musavat.com xəbər verir ki, söz və musiqisi Ceyhun Əliyevə, aranjemanı Rəşad Hüseynova, mix-masteri isə Yaşar Baxışa məxsus bəstəni müğənni tezliklə dinləyicilərə təqdim edəcəyini deyib.  
Mahnının təqdimatından öncə fotoqraf Kamran Aydınovun kamerası qarşısına keçən A.Kazımova fərqli obraz yaradıb.  
Müğənninin stilinin üzərində isə uzun illərdir ki, əməkdaşlıq etdiyi, çoxsaylı layihələrində baş stilist olaraq çalışan Ruxa işləyib.
Qeyd edək ki, A.Kazımova iyunun 18-də Nabranda konsert proqramı ilə çıxış edəcək. 
 









Fikirlər