05.03.2014. - “Məhkəmə sənət adamları üçün vacib bir iş deyil” - FOTO

05.03.2014. -  “Məhkəmə sənət adamları üçün vacib bir iş deyil” - FOTOXalq artisti Nazpəri Dostəliyeva bəzi media nümayəndələrindən şikayətlənib.

Nazpəri xanım sənət adamlarının mediadan qaçması ilə bağlı belə söyləyir:

“Tanınmış sənət adamlarının mediadan qaçma səbəbləri qorxaqlıq kimi göstərilməli deyil. Mənim fikrimcə, bəzi yazılara görə sənət adamları əziyyət çəkir. Zarafatyana söz deyən kimi sənətçinin bu sözlərini ictimailəşdirir, xalqa çatdırırlar. Guya olduğu kimi çatdırırlar, amma media işçiləri etibarı və sədaqəti itirib. Şou yazarların əksəriyyəti kiminsə işçisidir. Başqalarını vurmaq üçün dərhal işə başlayırlar. Media işçilərinin çoxundan uzaqlaşmağa çalışırıq. Məhkəməyə müraciət etmək olar. Amma məhkəmə sənət adamları üçün vacib bir iş deyil. Məhkəmə uzun və sənət adamı üçün ziyanlı bir işdir. Sənət adamlarının boş vaxtı olmur. Məhkəmədən uzaqlaşmaq yaxşı fikirdir”
.


05.03.2014. -  “Məhkəmə sənət adamları üçün vacib bir iş deyil” - FOTO
05.03.2014. -  “Məhkəmə sənət adamları üçün vacib bir iş deyil” - FOTO






Fikirlər