Kamilin Dilarəsi “Vicdan haqqı”ndan getdi - YENİLƏNİB

“Kamilin Dilarəsi “Vicdan haqqı”ndan getdi - Yenilənib

Əməkdar artist Kəmalə Müzəffər ATV-də yayımlanan "Vicdan haqqı" serialından ayrılıb.

"Qafqazinfo" xəbər verir ki, axşam.az-a açıqlama verən aktrisa layihədən ayrılmasının ondan asılı olmadığını bildirib:

"Günlərdir ki, tamaşaçılardan yüzlərlə mesaj alıram. Hər kəs seriala qayıtmağımı istəyir. Onu deyə bilərəm ki, serialdan ayrılmağım mənim istəyimlə baş verməyib".

K.Müzəffər əlavə edib ki, hazırda həyat yoldaşı ağır xəstədir və sabah əməliyyat olunacaq.

Qeyd edək ki, aktrisa serialda "Dilarə" obrazını canlandırır. Ötən həftə 43-cü seriyası yayımlanan ekran işində K.Müzəffər yer almayıb.

***

Serialın rejissoru Rövşən İsax "Qafqazinfo"ya açıqlamasında deyib ki,  "Vicdan haqqı" ilə bağlı sirləri açmaq istəmir:

“Bu barədə danışmırıq, serialın növbəti bölümləri barədə məlumat vermirik. Kəmalə xanım belə bir açıqlama verə bilər, ancaq mən sirləri açmaq istəmirəm”.

Kamilin Dilarəsi “Vicdan haqqı”ndan getdi - Yenilənib
Kamilin Dilarəsi “Vicdan haqqı”ndan getdi - Yenilənib

 






Fikirlər