“Əjdaha” üçün maşın ƏLDƏN GETDİ

Qalmaqallarla yadda qalan “Maşın” şounun növbəti günü baş tutub.

Musavat.com xəbər verir ki, iştirakçıların istəyi ilə səsverməyə reper Elşad Xose çıxıb. O, qalib gəldiyi təqdirdə Mehriban Xanlarovanı uzaqlaşdıracağını deyib. M. Xanlarova isə artıq tamaşaçılardan səs istəməyə utandığını bildirib. Daha sonra Xatun Əliyeva aktrisa üçün səs istəyib.

Mübahisələrlə dolu proqramda reper 72.82 faiz səs toplayıb. Xose ilk olaraq xanımlardan Xanlarova üçün əlini kimin götürəcəyini soruşub. Daha sonra o, sözünə sadiq qalaraq Xanlarovanı oyundan uzaqlaşdırıb. O, həmkarı Rauf Əhmədova da salam göndərib.






Fikirlər