Şahrux Xan Bakıya gələcək

Şahrux Xan Bakıya gələcək Hind aktyoru Şahrux Xanın Dubaydakı konsertinə gedən rəqqasə Oksana Rəsulova sənətçi haqqında yeni xəbər verib
Azertaym.az-ın axşam.az-a istinadən məlumatına görə, ifaçı “Xəzər” telekanalında yayımlanan “Telemaqazin” verilişinə açıqlamasında aktyorun Bakıya gələcəyini bildirib:

“Konsert çox gözəl keçdi. Şahrux Xanı gördüm: balacaboy, üzü tüklü, arıq. Xəyalımda canlandırdığım o böyük, yaraşaqlı biri deyildi. Gözümdə adiləşdi. Amma o səmimiyyət, sakitlik gözlərindən görünür.

Sizə bir sirr açım: Şahrux yaxın günlərdə Bakıya gələcək. Böyük bir layihədə iştirak edəcək. Əgər alınsa, həmin layihədə mən də yer alacam”.
Oksana aktyor üçün Dubaya getməkdə onu qınayanların cavabını da verib: “Getmişəm, əcəb etmişəm. Sevdiyim, pərəstiş etdiyim aktyorla görüşdüm. Bunun nəyi pisdir ki?!”






Fikirlər