Tolik Rəhim qalmaqalı QIZIŞIR: “Ağzımı AÇDIRMA...”

Tolik Rəhim qalmaqalı QIZIŞIR: “Ağzımı açdırma...”

Prodüser Tarix Əliyev sosial şəbəkədə Rəhim Rəhimlinin onun ünvanına dediyi sözlərə münasibət bildirib.

AzerTaym.az xəbər verir ki, o, instaqram hesabında Rəhimin cavabını verib:

“Deyirəm, bu Rəhim də özünü şou-biznesdə böyük fiqur sayır. Mənə deyir ki, Tolik üç konsert edib. Ay “oçkili” oğlan, məni yanındakı çanta daşıyanlarla səhv saldın. Mən dövlət tədbirləri təşkil edəndə (düzüdür, sən heç vaxt dövlət tədbiri görməmisən, bundan sonra da görməyəcəksən)... Rəhim elə bilir ki, bu gün Aygün, sabah Röya…

Amma sən hələ gəl 10 sənətkarın ikimiz haqında danışığına bax, gör, sənin sənətin hansı yerdədir. Sonra özünə qiymət ver. Bir də ki, mənə Niyam Salami deyib, özümdən uydurmamışam. Həm də sən hələ o statusda müğənni deyilsən ki, işimə qiymət verəsən. Hələ özünü təsdiqlə, qalsın yan-yörən. Ağzımı da açdırma, mən sənin üçün o, bu deyiləm. Yerini bilsən pis olmaz. Şükürlər olsun ki, pis aludəçiliyim yoxdur: nə siqaret çəkirəm, nə də ki…”.

Qeyd edək ki, Rəhim Toliki yalan danışmaqda, insanların şəxsi həyatını efirdə açıq-aşkar deməkdə günahlandırıb.






Fikirlər