Baloğlan Əşrəfov ağır yol qəzasına düşdü

Azərbaycan Respublikasının əməkdar artisti, tanınmış müğənni Baloğlan Əşrəfov Bakıdan Masallıya gedərkən Biləsuvar rayonu ərazisində ağır yol qəzası keçirib.

"AzerTaym.az" bildirir ki,hadisəylə bağlı informasiyanı Trend-ə hadisənin şahidləri veriblər.

Trend-in əməkdaşı məsələyə aydınlıq gətirmək üçün Baloğlan Əşrəfovun özü ilə əlaqə saxlayıb. Trend-ə açıqlamasında əməkdar artist informasiyanı təsdiq edib: "Bəli, qəza olub, çox həyəcan keçirdik. Allah bu dəfə də bizi qorudu. Şükür Allaha, salamatçılıqdır. Hələ də hadisənin şokundayıq".






Fikirlər