Beyonsun əri onu Rihanna ilə aldadıb

  Rihanna ilə aldadıbMüğənni Beyonsun avtobioqrafiyasını yazan C.Randi Taraborrel maraqlı iddia ilə çıxış edib.

 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Maykl Cekson, Merilin Monro və Madonna kimi ulduzların həyatını qələmə alan yazıçı “Becoming Beyonce: The Untold Story” (“Beyons olmaq: danışılmamış hekayə”) adlı kitabı üzərində çalışır. Randinin səs-küy yaradan iddiası isə Beyonsun əri Cey Zinin onu Rihanna ilə aldatmasıdır. 

Taraborrelə görə, 2005-ci ildə Rihannanın albomunun prodüseri olan Cey Zi onunla eşq yaşayıb. Bu zaman Beyons reperlə münasibətinə fasilə verməli olub.
 
Bir il onunla görüşməyən və bunu mediadan gizlədən ifaçı daha sonra fikrini dəyişərək Cey Zi ilə evlənmək qərarına gəlib. 

2008-ci ildə ailə quran cütlüyün 3 yaşlı Blu Ayvi adlı qızı var.






Fikirlər