“ Xalq bu cür şərəfsizləri Qəddafi kimi küçədə öldürməlidir“ - Vasif Məhərrəmli

“ Xalq bu cür şərəfsizləri Qəddafi kimi küçədə öldürməlidir“ - Vasif Məhərrəmli

Baş Prokurorluğu İmişli rayonunda 11 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı rəsmi məlumat yayıb. Rayon Mərkəzi xəstəxanasından İmişli rayon sakini, 2010-cu il təvəllüdlü A.N.-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair Rayon Prokurorluğuna məlumat daxil olub. Həmin şəxsin adı isə Qurban Fərəcovdur. 

Sosial şəbəkə istifadəçiləri bu yaramaz əməlin barədə hansı cəzanın verilməsini müzakirə edirlər. Kimi edam, kimi ermənilərin minalanmış ərazilərində gəzdirmək, kimi də ömürlük cəza istəyir...

Bəs sənət adamları bu haqda nə deyirlər? 

  Əməkdar artist Vasif Məhərrəmli bu tip hadisələrdə həmin şəxslərin xalqın qarşısına çıxarılmasının tərəfdarı olduğunu deyib:

“Həmin şərəfsizi ölüm hökmündənsə xalq məhkəməsinin qarşısına çıxarmaq lazımdır. Elə ananı da onun yanına göndərmək lazımdır, çünki bu məsələdə ana da birbaşa məsuliyyət daşıyır. Həm də bu, təkcə ananın məsuliyyətsizliyi deyil, övladını öz ehtirasına qurban verməsidir. Çünki eşitdiyimə görə, ana qızının hamilə olduğunu bilirmiş. Bunu bilib sakit dayanmaqla, cinayəti ört-basdır etməklə hara qədər getmək olar?! Bu rüsvayçılıqdır! Azərbaycan üçün ləkədir! Deyirlər ki, guya dində 9 yaşından qız uşağı ailə qura bilər. Lakin Azərbaycanın qanunları var. Qanuna görə, 18 yaşına çatmamış oğlan və qızlar həddi-büluğa çatmamış hesab olunur və valideyn ola bilməzlər. Bunun əksini edən hər kəs qanun qarşısında cinayət məsuliyyəti daşıyır. 

O əxlaqsızın, şərəfsizin hərəkətinə heç bir halda haqq qazandırmaq olmaz. Qucağa alınıb oynadılası, başına sığal çəkiləsi yaşda olan uşağa qarşı necə belə hərəkət edə bilər?! Vaxtilə belə məqamlarda bəzi ölkələr xalq məhkəməsi qurardı. Xalq bu cür şərəfsizləri Qəddafi kimi küçədə öldürməlidir. Onu ya İmişlinin, ya da Bakının küçələrinə buraxmalıdırlar, küçənin bir başından o biri başına qədər insanların daş-qalağına tuş gəlməli və küçənin sonunda da ölməlidir. Bu başqalarına da dərs olar. Orta əsrlərdə insanları dar ağacından asır, çarmıxa çəkirdilər ki, başqalarına görk olsun. Lakin bu gün sivil, texnologiyanın inkişaf etdiyi dünyada yaşayırıq, fikrimcə, sivil ölkələrdə bu cür edam üsulları baş tutmaz. Biz sivil ölkədə yaşayırıq”.

Sənətçinin sözlərinə görə, ölüm hökmünün bərpası bir sıra problemlərə yol aça bilər və bu cür cəza cinayətkara “hədiyyə” ola bilər:

“Ola bilər ki, istisna hallarda ölüm hökmü bərpa edilsin, amma onda nə olacaq, onu öldürmək lazım deyil. Onu elə bir vəziyyətə salmaq lazımdır ki, yaşadığı hər dəqiqəyə görə peşman olsun. Onun yaşadığı hər an cəhənnəm olmalıdır. Bu dünyada cəhənnəm əzabı yaşadılmalıdır. Onun üçün ən gözəl şey ölümdür. Öldürməklə nə əldə edəcəyik ki?! 

Hazırda həmin şəxs saxlanılıb və saxlanıldığı yerdə arzulayır ki, kaş məni öldürəydilər, canım qurtarardı”. Amma onu öldürmək canını qurtarmaq deməkdir.

Ölüm hökmü bərpa edilsə, bir sıra problemlər də yaşanacaq. Yadınıza salın, görün, bizim nə qədər vətəndaşımız günahsız olsa da, ölüm cəzası alıb. Öldürüləndən sonra məlum olub ki, həmin şəxs günahsız imiş. Bir alçağın hərəkətinə görə ölkədə ölüm hökmünü bərpa etdirib yüzlərlə insanı niyə bədbəxt edək ki?! Bilirsiniz ki, ölkədə bir-birinə qıcıq olan xeyli insan var. Kiçik bir hərəkətinə görə insanlar bir-birini edama məhkum edərlər. Ona görə də ölüm hökmünün bərpasına çalışmaq lazım deyil. 

Cinayətsiz həyat yoxdur, ölüm də, qətl də var, amma bu əməl heç bir kitaba, dinə, məzhəbə sığan şey deyil. Mən bu hadisəyə hansı sözü, hansı ifadəni tapıb deyim bilmirəm. Bu hadisənin yanında hər şey çox cılızlaşır, ruh da ölür, dil də tutulur. Neçə gündür özümə gələ bilmirəm. Həmin şəxsin fotolarına baxdım, normal adam baxışı deyil. Onun psixologiyasını analiz etmək lazımdır, həkimlər baxsa, mütləq bir şey tapacaqlar. Baxışları normal, sıradan olan insan baxışları deyil, yüz faiz belədir”.

Vasif Məhərrəmli analoji hadisələrin Avropa ölkələrində daha çox olduğunu bildirib. O, bunu xristianların donuz əti yeməsi ilə əlaqələndirib.

“Baxın, azğınlaşmış, manyaklaşmış insanların sayı xristian ölkələrində daha çoxdur. Çünki onlar donuz əti yeyirlər. Donuz əti haram buyrulub, çünki donuz insan orqanizminə ən yaxın olan heyvandır. Ona görə də Rəbbim bunu bizə haram buyurub. Təkcə bizə yox, xristianlara da haram buyrulub. İnsanlar donuz əti yedikcə zombiləşir, azğınlaşır və bu kimi nəticələrə gətirib çıxarır. İnsanlar nə qədər ki, donuz əti yeyəcəklər, belə zombiləşəcəklər və bizi bundan da betər hadisələr gözləyəcək. Hərçənd mən ilahiyyatçı deyiləm, amma bu belədir, mən fakta söykənirəm”. /Yenisabah.az






Fikirlər