Sibel Can Bakıdadır - video

Sibel Can Bakıdadır -  Türkiyəli müğənni Sibel Can Bakıdadır. 

Axşam.az-ın məlumatına görə, sənətçi hazırda “Four Seasons Hotel”də qalır. Bakının görüntüsünü videoya çəkib, İnstaqram səhifəsində paylaşan ifaçı “Bakı, "Sən gəlməz oldun” şərhini yazıb. 

O, eyni zamanda “Musiqinin qəlbinin atdığı yer – Azərbaycan. Bakıda Böyük Saraydakı konsertimə bütün sənətsevərləri gözləyirəm” deyə, əlavə edib. 

Qeyd edək ki, Sibel Can bu gün sözügedən məkanda konsert proqramı ilə çıxış edəcək.







 
 






Fikirlər