Manafın hədiyyəsini qəbul etmədi - “Kişi adamsan!“

Manafın hədiyyəsini qəbul etmədi - “Kişi adamsan!“

Manaf Ağayev Xalq artisti Fatma Mahmudovaya avtomobil hədiyyə edib.

Yenisabah.az ARB-yə istinadla xəbər verir ki, bu barədə “Günaydın, Azərbaycan” verilişində Xoşqədəm Hidayətqızı açıqlama verib. O, maşının açarını Mahmudovaya uzadıb.

Xalq aktrisası bahalı hədiyyəni qəbul etməyərək minnətdarlığını bildirib:

“Kişi adamsan! Sənin bu mərdliyin, kişiliyin, insanlığın mənə çoxdan bəlli idi. Bir daha bəlli oldu. Allah hər kəsin malını özünə qismət eləsin. Elə bir insanam ki, dünya malında gözüm yoxdur. Manaf kimi ürəkli olun, amma yox, götürmürəm. Elə bilirəm ki, o, açarı mənə verməklə, 100 maşın bağışladı. Allah ürəyinə görə versin. Maşının özünə qismət olsun!”

 






Fikirlər