“FLORA Kərimova və İLHAMƏ Quliyevaya özünü bənzədənlər...” - XATUN

““Flora Kərimova və İlhamə Quliyevaya özünü bənzədənlər...” - XatunMüğənni Xatun Əliyeva yeni parodiyalar hazırlayır.

 Azərtaym.az axşam.az-a istinadən verdiyi məlumata görə, sənətçi bu haqda "Star life" verilişinə açıqlamasında deyib:

"Tanınmış müğənnilərimiz Zeynəb Xanlarova, Flora Kərimova, İlhamə Quliyevadan yeganədir. Özünü ona bənzədən ikinci insan heç kimə lazım deyil. Eləcə də Xatundan birdir. Yeni parodiyalar hazırlayıram. Onlar arasında Elza Seyidcahan, Elnarə Abdullayeva var. Elza xanımın şeirlərini əzbərləyirəm, yaman çətindir".

Xatun özü ilə bağlı maraqlı etiraf da edib:

"Sənətə yeni gələndə saxda pərəstişkarlar toplayıb görüş keçirmişdim. Bir köməkçim təşkil etmişdi. Hamıda "qondarma fanat" var. Elələrini görmüşəm ki, konsertə qondarma fanatlar yığıblar. Tədbirin yarısında çıxıb gediblər, zal boş qalıb".






Fikirlər