“Bu şəhərdə”nin COŞQUNU əməliyyat olundu

“Bu şəhərdə”nin Coşqunu əməliyyat olundu

“Bu şəhərdə” komandasının üzvü, əməkdar artist Coşqun Rəhimov əməliyyat olunub. 

Musavat.com xəbər verir ki, bu haqda “Bu şəhərdə”nin  prodüseri Müşfiq Abbasov sosial şəbəkədə məlumat yayıb: “Bu gün bizim Coşqun növbəti (inşallah sonuncu olar) əməliyyatı keçirdi. 3 saatlıq əməliyyat uğurlu keçdi, hər şey yaxşıdır. Coşqunun ailəsi, dostları adından Neftçilər Xəstəxanasının bütün kollektivinə təşəkkür edirəm. Allah qismət etsin, xəstəxanada yox, konsertlərdə görüşək”.
Qeyd edək ki, 2010-cu ilin noyabrında Coşqun Rəhimova qalxanvarı vəzinin xərçəngi diaqnozu qoyulmuşdu. 






Fikirlər