Azərbaycanlı müğənni ərə getdi - FOTOLAR

Azərbaycanlı müğənni ərə getdi -

AzTV-nin solisti, “Azəri star” yarışmasının yadda qalan iştirakçılarından olan müğənni Aynur İsgəndərli subaylığa əlvida deyib. 

Lent.az-ın məlumatına görə, ifaçı ötən gün Mirzəağa Gündüzlü ilə nikah masasına oturub. Paytaxt məkanlarının birində keçirilən toya cütlüyün yaxınları və dostları gəlib.
 Toya bəstəkar Vaqif Gərəyzadə, müğənni Leyla İdrisova, aparıcı Ruslan Həsənova və başqaları qatılıb.
 Qeyd edək ki, 1987-ci ildə anadan olan A.İsgəndərli Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada, solo-oxu fakultəsində Vaqif Gərəyzadənin tələbəsi olub. 






Fikirlər