08.05.2014. - “Aşıq Şəmşir Mədəniyyət Ocağı” H.ƏlİYEVLƏ bağlı tədbir keçirdi - FOTO

08.05.2014. -  “Aşıq Şəmşir Mədəniyyət Ocağı” H.ƏlİYEVLƏ bağlı tədbir keçirdi - FOTO "AzerTaym.az" xəbər verir ki,dünən “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyi Heydər Əliyevin irsinin öyrənilməsi və gənc nəsillərə aşılanması ilə bağlı silsilə tədbirlər təşkil edib.

İlk olaraq tədbir iştirakçıları Fəxri Xiyabanda mərhum Prezident Heydər Əliyevin məzarını ziyarət ediblər.

Sonra Beynəlxalq Mətbuat Mərkəzində ictimaiyyətin nümayəndələrinin iştirakı ilə tədbir davam edib.

Tədbiri giriş sözü ilə İctimai Birliyin sədr müavini Həbib Misirov açaraq vurğulayıb ki, Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz tarixi xidmətləri olan, milli dövlətçiliyimizin memarı və qurucusu Heydər Əliyevin həyatı, siyasi və dövlətçilik fəaliyyəti tariximizdə müstəsna yer tutur.

İstanbul-Azərbaycan Dərnəyinin başqanı Səfər Karakoyunlu isə öz çıxışında bildirib ki, Heydər Əliyevi nə qədər ansaq da, ona minnətdarlığımızı bildirsək də, yenə azdır. “Azərbaycanın müstəqilliyinin qurulmasında və Azərbaycanın indiki inkişaf mərhələsinə gəlməsində Ulu öndərin ölçüyəgəlməz əməyi var”.

Dərnək başqanı fürsətdən istifadə edib Praqada Azərbaycan Prezident İlham Əliyevin TÜrkiyəni açıq müdafiə etdiyinə görə bütün türk xalqının ona minəətdar olduğunu, onunla qürur duyduğunu dilə gətirib. “Prezident İlham Əliyevə Türkiyədə və dünyanın bir çox yerlərində yaşayan türk qardaşlarımızın adından, səsimizə səs verdiyi üçün təşəkkür edirəm. Türkiyəni soyqırımı iddiaları ilə suçlayan Sarkisyana “Türkiyə burda yoxdur, amma mən burda varam” deyərək “iki dövlət-bir millət” sözünü sözdə deyil, əməldə sübüt etdi”.

Tədbirdə millət vəkilləri Qənirə Paşayeva, Sabir Rüstəmxanlı, xalq şairi Zəlimxan Yaqub, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı çıxış edərək bildirdilər ki, bu gün Heydər Əliyevin zəngin və həmişəyaşar irsinin sistemli şəkildə araşdırılması, elmi əsaslarla öyrənilməsi və təbliği ən vacib məsələlərdən biridir.


08.05.2014. -  “Aşıq Şəmşir Mədəniyyət Ocağı” H.ƏlİYEVLƏ bağlı tədbir keçirdi - FOTO
08.05.2014. -  “Aşıq Şəmşir Mədəniyyət Ocağı” H.ƏlİYEVLƏ bağlı tədbir keçirdi - FOTO






Fikirlər