Məlahət Abbasovadan Röyaya: "Özünüzü ucuzlaşdırmayın"

...

 

Türkiyədə yaşayan Azərbaycanın əməkdar artisti Məlahət Abbasova "Bəyaz şou"da Röyaya qarşı edilənlərə sərt münasibət bildirib.

Aktrisamız azərbaycanlı sənətçini verilişin bitməyinə on dəqiqə qalmış efirə çıxarmağın hörmətsizlik olduğunu söyləyib:

"Proqramın bitməsinə on dəqiqə qalmış Bəyazın dediyi kimi Azərbaycanın Rihannasına, divasına sadəcə bir mahnı oxutdurdular. O da Çolakoğlunun mahnısını. Proqramda görüncə inanılmaz qürur duydum. Amma başqa ölkədən verilişə qonaq olan sənətçiyə cəmi bir mahnı oxutdurmaq hörmətsizlikdir. Çox lazım idi proqramın bitməyinə on dəqiqə qalmış bir mahnı oxumaq? Bir böyük bacı olaraq demək istəyirəm ki, nə olar, özünüzü ucuzlaşdırmayın. Min bir əziyyətlə gəldiyiniz yeri, ağırlığınızı bir verilişə görə itirməyin, qoruyun. Röyanın nə Bəyazın proqramına, nə də Bəyaza ehtiyacı yoxdur. Təbii ki, Bəyazın proqramı reytinqli və baxımlıdır. Amma bu verilişdə on dəqiqə görünmək xatirinə prestijinizi zədələməyin".

Qeyd edək ki, tanınmış şoumen Bəyazid Öztürkün aparıcısı olduğu "Bəyaz şou"nun sonuna on dəqiqə qalmış Röya efirə buraxılmışdı.Azərtaym.az






Fikirlər