“Kurtlar vadisi”nə ölüm şoku

“Kurtlar Vadisi Fələstin” serialının dekorasiya işləri ilə məşğul olan Səlahəddin Orxan ölü halda tapılıb.
“Kurtlar vadisi”nə ölüm şoku
Azertaym.az Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, o, boğazından zərbə endirilərək öldürüb.

Səlahəddinin kimlər tərəfindən və hansı formada qətlə yetirildiyi məlum deyil. Polislər ağaclıqda bir avtomobilin dayandırıldığını görüblər. Onlar həmin maşına yaxınlaşarkən sürücünün yerində oturan şəxsin qan içində olduğunu görüblər və araşdırmada həmin şəxsin 2 uşaq atası Səlahəddin Orxanın olduğu təsbit edilib. Səlahəddin Orxanın 10 gün əvvəl öldüyü deyilib. Orxanın ölü tapılmasından 4 gün əvvəl avtomobili ilə evdən çıxdığı söylənilir. Artıq o, dəfn olunub. Hadisə ilə bağlı cinayət işi açılıb. Mərhumun yaxın dostları və iş yoldaşları da sorğuya çəkiləcək.






Fikirlər