“Qazandığım pulları yığsaydım, döşəməm qızıldan olardı...” - Sorğu

““Qazandığım pulları yığsaydım, döşəməm qızıldan olardı...” - SorğuŞou-biznes nümayəndələri sənətlərinə sərf etdikləri pulların məbləğini açıqlayıblar.

 Azərtaym.az musavat.com-a istinadən xəbər verir ki, “ATV maqazin 10larla” proqramının apardığı sorğuya cavab 
verən sənətçilər məşhurlaşmaq üçün milyonlar xərclədiklərini bildiriblər.

Xalq artisti Aygün Kazımova: “ Əgər lidersənsə, onu qoruyub saxlamaq üçün hər şeydən keçməlisən. Bir mahnın, klipinlə tutuzdura bilərsən. Bu uğurunu davam etdirməlisən. Qazandığım pulları yığsaydım, döşəməm qızıldan olardı. Bağ evimi soruşanda Snopp Dogg ilə layihəmi göstərirəm. O layihə mənim villamdır”.

Xalq artisti Faiq Ağayev: “Mənim konsertlərimi sponsorlar maliyyələşdirib. İstməmişəm ki, konsertin yükü tamaşaçının üzərinə düşsün”.

Əməkdar artist Tünzalə Ağayeva: “Adının tanınması üçün pul xərcləməlisən. Bir gün oyandım ki, mahnım hər yerdə səslənir. Dəfələrlə albomum işıq üzü görüb, ölkə xaricində konsertlər vermişəm. Sənətimə sərf etdiyim pulun məbləğini açıqlaya bilmərəm”.

Müğənni Nadir Qafarzadə: “Sənətimə 1 milyon xərcləmişəm. Məbləğ bundan artıq da ola bilər”.

Müğənni Elton Hüseynəliyev: “Sənət adamları anormal insanlardır. 10 ildə 2-3 milyon pul xərcləmişəm. O pulları xərclədiyim üçün təəssüf etmirəm. O məbləği mənə qazanc gətirsin deyə xərcləməmişəm”

Əməkdar artist Almaz Ələsgərli: “Bu il sənətdə olmağımın 33 ili tamam olur. Bu ilə qədər 5 milyon xərcləmişəm. Heyfislənmirəm”.

Müğənni Günay İbrahimli: “İnsanlar var ki, sənətlərinə milyonlar töküblər, amma tanınmırlar. Səhnədə taxtadırlar. İndiyə kimi 300 mindən az xərcləmişəm”.

 






Fikirlər