18.01.2014. - “Yaşar Nuri mənə deyirdi gəl evlənək...”

18.01.2014.  -  “Yaşar Nuri mənə deyirdi gəl evlənək...” İnsan yaşadığı, var olduğu müddətdə daima həyatında nəyisə dəyişir. Bu bəzən adi, sadə əşyadan tutmuş çevrəyə, dostlara qədər uzanan bir dəyişiklik olur. Kimi xasiyyətini, evini, iş yerini, kimi həyat yoldaşını, kimi də bütünlüklə həyatını dəyişir. Amma fərq etməz dəyişilənlər və ya dəyişdirilənlər sonradan ömür səhifələrində kiçik, ya da böyük xatirələrə çevrilir. Dəyişikliklər həyatımızda bəzən xoş, bəzən isə xoşagəlməz izlər qoyur .
18.01.2014.  -  “Yaşar Nuri mənə deyirdi gəl evlənək...”
18.01.2014.  -  “Yaşar Nuri mənə deyirdi gəl evlənək...”
Amma heç də hər zaman arzuladığımız həyata aparan yolda bəyənmədiklərimizi dəyişdirmək imkanımız olmur. İllər ötdükcə isə edə bilmədiklərimiz “KAŞKİ...”lərə çevrilir. “İndiki ağlım olsaydı”, “İndiki pulum olsaydı”, “ İndiki vaxtım olsaydı” ...... dəyişərdim kimi ifadələrin bəzən sayı-hesabı olmur...

Beləliklə AzVision.az - ın “NƏYİ DƏYİŞƏRDİN?” layihəsinin budəfəki, həmsöhbəti Xalq artisti Firəngiz Mütəllimovadır. Tanınmış aktrisa bizə keçmişə qayıtmaq şansı olarsa, həyatında nəyi dəyişmək istədiyindən danışıb.

Qarın üstündə xizəklə sürüşürdüm... ayaqlarım islanırdı.... döyülürdüm...

Geriyə qayıtmaq şansım olarsa, uşaqlığıma dönmək istəyərdim. Bəlkə də dünyanın ən xoşbəxt uşaqlarından biri sayılırdım. Şuşa şəhərində yaşayasan, atan, anan, qardaşın, bacıların hamısı yanında ola, daha bir uşağa, insana nə lazımdır bundan artıq?!

Dərsə gedirdik, Şuşa kimi yerdə yaşayırdıq, 4 fəslin 4-nü də normal görürdük. Çox xoşbəxt uşaqlığım var idi. Müəllim ailəsində yaşayırdım. Arzularım var idi, aktrisa olacaqdım. Amma qorxurdum, evdə deyə bilmirdim. Fikirləşirdim ki, atam arzularıma qarşı çıxar. Rəhmətlik isə gözlədiyimin əksini etdi, mənə dəstək çıxdı. Əlimdən tutub məni Bakıya gətirdi.

Yadıma gəlir ki, qışda bütün günü qarın üstündə xizəklə sürüşürdüm. Ayaqlarım da qəşəng islanırdı deyə evdə döyülürdüm , sonra da gəlib odun peçində isinirdik. Bunlar hamısı xatirəmdən bir lent kimi gəlib keçir.

Daha heç kimin qəlbini qırmaq istəmirəm
18.01.2014.  -  “Yaşar Nuri mənə deyirdi gəl evlənək...”
Çox istəyərdim ki, necə tətillərdə Şuşaya gedirdimsə, yenə gedim.

Oranın havasını kaş ki, bir də udardım. Düzdür, keçmişə qaytarmaq olmur, bunların hamısı xoş xatirələrdir.

Fikirləşirəm ki, o illərə qayıtsaydım daha da mülayim olardım. İnsan birdən kobud olur, kiminsə qəlbinə dəyir. Amma fikirləşəndə düşünürəm ki, tamam başqa bir həyat yaşayardım. Heç kimi evdə qırmazdım.

Uşaqlıqda qardaşımla bütün günü dava edirdik

O məndən iki yaş balaca idi. Buna baxmayaraq, çox vaxt əlbəyaxa dalaşırdıq. Amma Nərgiz ilə o biri bacım bizdən xeyli sonra dünyaya gəlmişdilər. Yaşca çox balaca idilər deyə qardaşımla məndən qorxurdular. Onlar da bir-biri ilə öz aralarında dalaşırdılar. Deyir çəkişməsən bərkişməzssən. Həmin günlər yadıma düşəndə həm xeyli gülürəm, həm də bir az təəssüflənirəm ki, kaş ki, dalaşmayaydıq.

Hazırda isə zəncir kimi elə bağlanmışıq ki, 4 uşaq bütün günü bir -birimizi axtarırıq. Hər gün zəng edirik, danışırıq, yəni ayrı- ayrı evlərdə yaşasaq da ürəyimz birdir.
18.01.2014.  -  “Yaşar Nuri mənə deyirdi gəl evlənək...”
“Əməliyyata gedəndə heç bilmirdim sağ çıxacam”

Uşaqlığımda da, gəncliyimdə də çox pozitiv, çılğın uşaq olmuşam. İndi də beləyəm. Əməliyyata gedəndə heç bilmirdim sağ çıxacam ya yox, gülə -gülə əməliyyata getdim, gülə-gülə də gözlərimi açdım. Yəni əgər bir həyat yaşayırsansa insanlar pozitiv olmalıdır. Əgər sən müsbət enerji ilə güzgüyə baxırsansa, bütün günün də xoş keçir. Yox əsəbi baxırsansa, bütün günü də əsəbi olursan. Gərək hər şeyi yaxşı fikirləşəsən ki, Allah da sənə hər şeyi yaxşı versin.

Mən həmişə Allaha dua edəndə deyirəm ki, məni sevənləri də, sevməyənləri də qoru. Sevənlər məni bir cür yaşadır, sevməyənlər də başqa cür yaşadır.

Valideynlərimin sözünə baxsaydım...

Peşmançılığımdan biri də ailə həyatımla bağlıdır. Geriyə baxsaq valideynlərimin sözünə qulaq asıb vaxtında ailə qurardım. Çünki 24 yaşdan sonra artıq seçmək başlayır. O vaxta qədər gərək ailə həyatı qurub gedərdim. Bir dənə onu deyirəmki, çox səhv etdim. Bütün valideynlər istəyər ki, övladı xoşbəxt olsun. Ona görə də valideyn sözünə qulaq asmaq lazmdır.
Mən isə əksinə edib 34 yaşımda ailə həyatı qurdum. Sonra da elə alındı ki, Şuşa işğal olundu və anam, atam, bütün qohumlar artıq Bakıda idilər. İki yol ayrıcında qalmışdım. Çünki həyat yoldaşım əslən iranlı idi və biz İngiltərədə yaşayırdıq. Atam da həmin ərəfələr çox ağır xəstə idi deyə, bilmirdim yoldaşımın yanında qalım, yoxsa Bakıya qayıdım. Çox çıxılmaz bir vəziyyətdə idim. Qərarım isə bu oldu: Bakıya qayıtmaq. Dedim, incimə mən ailəmin yanında olmalıyam. O da burada yaşamaq istəmədi. Xüsus bir davamız filan olmadı, iki sivil insan kimi ayrıldıq . Ailə həyatı quranda seçimi özüm etmişdim. Bu da nəticəsi... Həyat sürprizlərlə doludur. İnsanın ağlına gəlməyən başına gəlir. Hər şey bir günün içində olmuşdu. Kim valideynin sözünə qulaq asmırsa, sonra ağrısını çəkir.
18.01.2014.  -  “Yaşar Nuri mənə deyirdi gəl evlənək...”
Uşaqlar da gərək heç olmasa bir balaca valideynlərini fikirləşsinlər. Mənim anam bəzən ağlayırdı. Deyirdim ki, niyə ağlayırsan? Deyirdi, “ eh ana olanda bilərsən”. Mən ana ola bilmədim , amma mən indi bilirəm ki, mənim anam nələr çəkib.

İndiki ağıl və o vaxtki yaş ...
18.01.2014.  -  “Yaşar Nuri mənə deyirdi gəl evlənək...”
Hərdən insan deyir ki, o vaxtıki yaşımla indiki ağlım olardı. Məsələn, başqa cür həyat yaşayardım. Məsələn, xarici dövlətlərdən gələn təklifləri azından rədd etməzdim. İndi yaşım və səhhətimlə bağlı bəzən bu mümkün olmur. Bəlkə həyatım tamam başqa cür olardı. Qurban olum Azərbaycana, burada nə var hamısına nail olmuşam. Xalq artisti, tamaşaçı sevgisi, dövlət tərəfindən ad, ev verilib, yəni hər şey . Amma yenə də başqa şeylər edərdim. Və ya Türkiyədəki kimi imkanım olardı məktəb, uşaq evləri açardım. Çünki uşaqları dəhşət çox istəyirəm.

Bacımın və qardaşımın övladları həmişə yanımda olurlar. Amma övlad götürüb saxlamağı böyük məmnuniyyətlə istəyərdim. Əlimdə imkanım olsa idi bir nədir, 10 uşaq götürərdim. Amma bu oyuncaq deyil, bir insanın həyatıdır. Mənim birinci elə maddi imkanım yox idi, ikincisi isə şəraitim uyğun gəlmirdi.

Uşağın nə günahı var ki?! Mən nəyinsə xatirnə yox, onu sözün əsil mənasında yaşadacamsa götürməliydim. Ürəyim istəyən kimi imkan olsa idi, lap 10 uşaq götürərdim.

Yaşar içəndə məni qısqanırdı....

Yaşar ilə bağlı heç nəyi dəyişmək istəməzdim. Çünki bu da bir alın yazısı idi. Elə böyük bir sənətkar ilə tərəf müqabili olub 35 il çiyin- çiyinə işləmək az iş deyil. Onun ailəsi və özü ilə o qədər yaxşı xatirələrim, günlərim olub ki. Yaşar mənim üçün həyat, sənət məktəbi idi. İndi deyirəm ki, ilahi mən elə böyük, qüdrətli sənətkar ilə tərəfmüqabili olmuşam. İş yoldaşı, dost, sirdaş yerim olub.
18.01.2014.  -  “Yaşar Nuri mənə deyirdi gəl evlənək...”
Çox adam fikirləşirdi ki, Yaşar məni sevir və s. Özü heç vaxt həyatda mənə bu barədə nəsə deməyib. Verlişdə şeir və s. ilə deyirdi.

Bir də içəndə həmişə məni qısqanıb. İçən kimi deyirdim, içdi yenə başlayacaq qısqanmağa.

Həyat yoldaşı da bilirdi ki, mən necə adamam. Yaşar da , xanımı da yaxşı bilirdilər ki, o vaxt mənim də həyatımda bir insan var idi. Yoldaşı Yaşarı mənə, mənimki də Yaşara tapşırırdı. Yaşar hərdən zarafatla deyirdi ki, “gəl biz bunların acığına evlənək”.

Tez- tez yuxuma girir. Ancaq teatrı soruşur. Başqa sözü yoxdur. Mən hələ də səhhətimdə problem olduğuna görə qəbrinin üstünə gedə bilməmişəm.
Əməliyyatdan sonra özüm də ölümdən qorxmuram. Mənim üçün həyat və ölüm eynidir. Mən xoşbəxtəm ona görə ki, Allah mənə belə ürək verib. İnsanları sevirəm, ürəyimdə şeytan yoxdur. Sevincim hamı ilə, kədərim özümlə olsun deyirəm.

18.01.2014.  -  “Yaşar Nuri mənə deyirdi gəl evlənək...”






Fikirlər