İranın MÜDAFİƏ naziri Azərbaycana yardım təklif etdi - İKİ NAZİRİN telefon danışığı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqan ilə qoşunların təmas xəttində yaranmış gərginliyi telefon vasitəsilə müzakirə ediblər. 

 AzerTaym.az Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, danışıqlar zamanı, general-mayor H.Dehqan İran İslam Respublikasının Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha qeyd edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qısa müddət ərzində beynəlxalq hüquq normaları əsasında həll olunacağına ümid etdiyini bildirib. O, İranın Azərbaycan tərəfinə münaqişənin həll olunması istiqamətində yardım və dəstəyini təklif edib. 

General-polkovnik Zakir Həsənov dəstəyə görə minnətdarlığını ifadə edib.






Fikirlər