"Bu, sadəcə ASLAN İSMAYILOVUN ehtimallarıdır..."

“Aslan İsmayılov yəqin ki, ehtimal edir, bu, sadəcə onun ehtimallarıdır. Adamlara öz ehtimallarını səsləndirməyi qadağan edə bilmərik ki”.
Bunu Moderatora.az-a açıqlamasında Gəncədə keçirilmiş əməliyyatlara birbaşa nəzarət etmiş sabiq baş nazir Pənah Hüseyn hüquqşünas Aslan İsmayılovun səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. 
Qeyd edək ki, 4 iyun Gəncə hadisələrini araşdıran deputat istintaq komissiyasının üzvü olmuş hüquqşünas Aslan İsmayılov Moderator.az - a müsahibəsində həmin hadisələrlə bağlı indiyəcən heç kimin bilmədiyi bir çox mətləblərə aydınlıq gətirib.  
A.İsmayılov, həmçinin o dövrdə hakimiyyətdə olmuş şəxslərə də müraciət edib: “İsa Qəmbərə, Pənah Hüseynə, Sülhəddin Əkbərə, Arif Hacılıya, İsgəndər Həmidova səslənirəm, bu adamlar Gəncədə hadisələrin niyə və necə baş verdiyini bilirlər, amma bu günə qədər niyə bildiklərinin hamısını danışmırlar, niyə bir çox məqamlarda oxu atıb yayı gizlədirlər, birbaşa günahkar deyillərsə təcrübəsizlikdən etdikləri səhvləri səmimi olaraq etiraf etsinlər...”






Fikirlər