Donald Tramp Hillari Klintona ad qoydu - Qıcqırmış, iylənmiş...

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından olan namizəd Donald Tramp Virciniya ştatında Roanok şəhərində çıxışı zamanı  Demokrtalar Partiyasından olan rəqibi Hillari Klinton haqqında ilginc ifadələr işlədib.
Moderator.az  "Hill" portalına istinadən xəbər verir ki, Tramp çıxışı zamanı növbəti dəfə Hillari Klintonun ünvanına aşağılayıcı ifadələrdən istifadə edib. 
“H.Klinton öz Rodem (Rodham) adından niyə imtina edir? Hansı ki, bu ad qıcqırmış, tər iyi verən mənasını daşıyır. Axı bu ad sözün əsl mənasında ona daha uyğun gəlir” - deyə, D.Tramp vurğulayıb.
Bundan öncə isə D.Tramp H. Klintonu yalançı dələduz adlandırmışdı.

 






Fikirlər