İlham Əliyev Papanı qarşıladı

İlham Əliyev Papanı qarşıladı 

Oktyabrın 2-də Azərbaycana pastoral səfərə gələn Roma Papası Fransiskin rəsmi qarşılanma mərasimi olub.

AzerTaym.az məlumatına görə, Azərbaycanın və Müqəddəs Taxt-Tacın bayraqlarının dalğalandığı meydanda Roma Papasının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidenti İlham Əliyevə raport verib.

İlham Əliyev Roma Papası Fransiski qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Roma Papası Fransiskə raport verib.

Müqəddəs Taxt-Tacın və Azərbaycanın himnləri səslənib.

Prezident İlham Əliyev və Roma Papası Fransisk fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Roma Papası Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Roma Papası Fransiskə, Müqəddəs Taxt-Tacın nümayəndə heyətinin üzvləri isə İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Roma Papası Fransiskin qarşısından keçib.

Prezident İlham Əliyev və Roma Papası Fransisk rəsmi foto çəkdiriblər.






Fikirlər