11.05.2014.- Leyla Yunus Fransa prezidenti ilə harada görüşəcəyini açıqladı

11.05.2014.-  Leyla Yunus Fransa prezidenti ilə harada görüşəcəyini açıqladıBakıda səfərdə olan Fransa prezidenti Fransua Ollandın Sülh və Demokratiya İnstitutunun direktoru, ermənilərin xeyrinə casusluqla bağlı qaldırılmış cinayət işində adı keçən Leyla Yunusla harada və nə vaxt görüşəcəyi açıqlanıb.

Fransa Beynəlxalq Radiosuna (Radio France İnternational-RFİ) istinadən xəbər verilir ki, əslində Leyla Yunusla görüş Fransua Ollandın rəsmi səfər proqramına daxil edilməyib. Və son ana qədər Leyla Yunusun F.Ollandla görüşüb-görüşməyəcəyi dəqiq deyildi.

Lakin Leyla Yunus RFİ-yə açıqlamasında deyib ki, görüş sabah - mayın 12-də günorta Fransa səfirliyinin binasında baş tutacaq. L.Yunus bildirib ki, hazırda azadlıqda qalmağına görə şəxsən Fransua Ollanda borcludur.

“Mən bu görüşə görə ona böyük minnətdarlıq ifadə etmək istəyirəm, bu, mənim üçün böyük şərəfdir. Əminəm ki, bu gün azadlıqda olmağım və aprelin 29-də həbsxanaya göndərilməməyim məhz bu görüşə görədir. Mənim adım Azərbaycan rəsmilərinə Fransa prezidentinin görüşəcəyi şəxslərdən biri olaraq təqdim edilmişdi”
- deyə L.Yunus bildirib.






Fikirlər