Qarabağda irimiqyaslı müharibə BAŞLASA... – ŞƏRH

Real vəziyyət regionda gərginliyin artması üçün münbit şərait yaradır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspertin sözlərinə görə, cəbhədə sabitlik üçün ilk növbədə siyasi zəmin lazımdır:

“Real vəziyyət regionda gərginliyin artması üçün münbit şərait yaradır. ATƏT-in Minsk Qrupu həmsədrləri, o cümlədən Rusiya məsələ ilə bağlı daha çox kosmetik işlər görürlər və əsas məqsədləri cəbhə xəttində nəzarət rejimini gücləndirməkdir. Guya bu cəhdlər nisbi sakitliyi bərqərar edəcək. Ancaq real vəziyyət onu deməyə imkan verir ki, cəbhədə sabitlik üçün ilk növbədə siyasi zəmin lazımdır. Siyasi zəmin ondan ibarətdir ki, Ermənistan qoşunlarını torpaqlarımızdan çıxarmalı və qaçqınlar geri qayıtmalıdır. Təəssüf ki, bununla bağlı işlər görülmür. Ona görə də belə vəziyyətdə Qarabağ ətrafında yeni siyasi proseslərin yaranmasını gözləmək çətin olur”.

Politoloq hesab edir ki, gərginlik yaxın vaxtlarda daha da artacaq:

“Ermənistan hakim dairələri müxtəlif yolla region iştirakçılarını da hədələyirlər. İrəvanın şantajlarına baxmayaraq, irimiqyaslı müharibə başlasa, Ermənistan daxili iqtisadiyyatı iflic olacaq. Erməni cəmiyyətinin az qala hər həftə onlarla tabut qəbul etdiyi bir vaxtda, hesab edirəm ki, müharibə İrəvan üçün ən pis ssenaridir və bütün məsuliyyət Ermənistanın üzərinə düşəcək”.






Fikirlər