Mehriban Əliyeva son dəfə MİLLİ MƏCLİSDƏ

Bu gün Milli Məclisin növbəti iclası öz işinə başlayıb. Modern.az xəbər verir ki, iclası parlament sədri Oqtay Əsədov açıb. 

Qeyd edək ki, iclasda Azərbaycanın birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyeva da iştirak edib. 
Oqtay Əsədov deputatların adından Mehriban Əliyevanı yüksək vəzifəyə təyin olunması münasibəti ilə təbrik edib. 
Deputatlar birinci vitse-prezidenti alqışlarla təbrik ediblər. 
Spiker deyib ki, birinci xanım parlament fəaliyyətində aktiv iştirak edib. O xatırladıb ki, Mehriban Əliyeva bir sıra qanunverici təşəbbüslə çıxış edib, o cümlədən onun amnistiya verilməsi ilə bağlı təşəbbüsü xüsusilə fərqlənir. Milli Məclis sədri deyib ki, Mehriban Əliyeva sözün həqiqi mənasında millət vəkilidir. Onun sözlərinə görə, Mehriban Əliyeva Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında böyük işlər görüb. 
Modern.az saytının məlumatına görə, Mehriban Əliyevanın parlamentə budəfəki gəlişi Milli Məclislə vida xarakteri daşıyır.
Dünənədək millət vəkili mandatı daşıyan Mehriban xanımın deputat səlahiyyətləri Mərkəzi Seçki Komissiyasının 6 mart 2017-ci il tarixli qərarı ilə geri alınıb. Bu qərar onun Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsinə təyin olunması ilə bağlıdır.
 Qeyd edək ki, Mehriban Əliyeva 2015-ci il V çağırış Milli Məclisə seçkilərdə 14 saylı Xəzər seçki dairəsindən deputat seçilmişdi. 
Bu il fevralın 21-də isə Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.
 






Fikirlər