Aqil Abbas: "Axı mən necə qiymət artımına haqq qazandıra bilərəm?"

“Sözümün başını kəsib, ayağını verib”.
Aqil Abbas: "Axı mən necə qiymət artımına haqq qazandıra bilərəm?"
Bu sözləri Azertaym.az-a açıqlamasında millət vəkili Aqil Abbas söyləyib.

Deputat ötən gün mətbuata verdiyi açıqlamada “Aqil Abbas qiymət artımına haqq qazandırdı” başlıqlı xəbərlərə münasibət bildirib. O, dediyi fikirlərin təhrif olunduğunu və buna görə də dediyi sözlərin cəmiyyət tərəfindən yanlış anlaşıldığını deyib:

“Mən qiymət artımına haqq qazandırmamışam. Jurnalist mənə qiymət artımı ilə bağlı sual verdi. Mən də əvəzində dedim ki, mən qiymət artımından necə razı ola bilərəm? Axı bu artım bütün sahələrə təsir edəcək. Hələ mən ona dedim ki, biri Gədəbəydən kartofu gətirib 50 qəpiyə satırdısa, indi bu qiymət 70 qəpik olacaq. Sonra mənə parlamentin məsələylə bağlı münasibətini soruşdu. Mən də dedim ki, qiymət artımı parlamentin səlahiyyətində deyil. Buna Tarif Şurası qərar verir. Amma bir məsələ də var ki, dövlət qiymət artımını kompensasiya edəcək. Yəni ölkədə infliyasıyanın səviyyəsinin artmaması üçün, əməkhaqları artırılır və yəqin ki, növbəti dəfə də artırılacaq. Mən bunları demişəm. Millət vəkilliyini qoyaq bir kənara mən xalqın yazıçısıyam. Axı mən necə qiymət artımına haqq qazandıra bilərəm? Sadəcə olaraq məndən açıqlama alan jurnalist dediyim sözlərin başını kəsib, ayağını verib”.

Deputat bu açıqlamadan sonra sosial şəbəkələrdə onu təhqir edən insanlardan da danışıb:

Məni sosial şəbəkələrdə təhqir edənləri anlayıram. Çünki onlara mənim haqqımda yanlış informasiya veriblər. İnsanlar da mənim artıma haq qazandırdığımı düşünüb orada mənim haqqımda bir sıra nalayiq ifadələr işlədiblər. Ümumiyyətlə bizim cəmiyyətdə bir qrup insan var ki, onlar kim nədən danışsa onları təhqir edirlər”.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi