Kadırov deputata sui-qəsdlə bağlı Kiyevin ittihamlarını RƏDD ETDİ
Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Kiyevdə Ali Radanın deputatı İqor Mosiyçuka sui-qəsddə onun iştirakı ilə bağlı irəli sürülən ittihamları rədd edib.
Virtualaz.org bildirir ki, xəbəri “İnterfaks” yayıb.
"İndi Ukraynada deyirlər ki, deputat Mosiyçuka qarşı sui-qəsdə Çeçen Respublikası qarışıb, "Kadırov izi" və sair. Onu yüz faiz onlar özləri partladıblar", - deyə Kadırov qeyd edib.
O əlavə edib ki, onun ünvanına ittihamların arxasında Ukrayna məmurlarının Qərb KİV-inin diqqətini cəlb etmək arzusu durur.
Qeyd edək ki, "112 Ukrayna" telekanalının saytında Mosiyçuka qarşı sui-qəsddə guya Ramzan Kadırovun əlinin olduğu barədə Ukrayna məmurlarının bəyanatları yerləşdirilib.