ANS Rauf Arifoğlunu vurdu — VİDEO

ANS Rauf Arifoğlunu vurdu — VİDEOÖlkə.az xəbər verir ki, Müsavat partiyası ilə Azərbaycan Xalq Cəbhəsi arasında gərginlik pik həddə çatıb.
Hər iki partiya nəzarətlərində olan media vasitəsi ilə bir-birini təhqir eməkdən belə çəkinmirlər.


Xatırladırıq ki, dünən ANS kanalında Natiq Nailoğlunun hazırladığı reportajda Rauf Arifoğlu "vurulub". Hər halda "Müsavat" qəzetinin və şəxsən Rauf Arifoğlunun qənaəti belədir.

Uzun illərdir Müsavat və Azərbaycan Xalq Cəbhəsi patiyası arasında gedən "soyuq müharibə" indi demək olar ki, hər iki partiyanı təmsil edən qəzetlərin manşetlərinə çıxarılır və bu da o deməkdir ki, hər iki partiya arasında münasibətlər ən kəskin dövrünü yaşayır.

Yeni Müsavat qəzetinin təsisçisi və baş redaktoru Rauf Arifoğlunun AXCP sədri Əli Kərimlini şeytana bənzətməsi, Azadlıq qəzetinin isə Rauf Arifoğlununu "şabaşa oynayan biri" kimi təqdim etməsi sonda uzun illərdir davam edən mübahisənin məhkəməyə qədər yol almasına səbəb olub.

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu deyir ki, onların "Azadlıq qəzetini məhkəməyə vermələrinin əsas səbəbi olan digər amillər, AXCP sədri Əli Kərimlinin müxtəlif imzalar altında qəzetdə "Yeni Müsavat"ın heyətinə qarşı təhqir dolu yazılarında onu fərari, satqın adlandırmasıdır.

Rauf Arifoğlu: "Araya dəfələrlə adamlar girib, dəfələrlə barış olub, bir neçə dəfə yaxınlaşma cəhdləri də olub amma təbii ki, mümkün deyil. Hər dəfəsində Əli Kərimli təklif edib ki, biz ona işləyək. Hətta açıq şəkildə deyib ki, İsa Qəmbərin yanından, Müsavatın yanından gedərək qəzet və sən, gəlin mənim yanıma, sən mənim birinci müavinim ol, "Azadlıq"" və Yeni Müsavat" qəzetlərini bir yerdə sən idarə et".

Hələ ki, "Azadlıq" qəzetini məhkəməyə verdiklərini deyən Rauf Arifoğlu gələcəkdə, AXCP-ni də məhkəməyə verəcəyini istisna etmir. Azərbaycan Xalq Cəbhəsi partiyasının sədr müavini Fuad Qəhrəmanlı isə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun dediklərinin tam böhtan olduğunu və onun ünvanına təhqirlər səsləndirmədiklərini bildirir. Onun fikrincə "Yeni Müsavat"ın addımının arxasında başqa mətləblər dayanır.

Fuad Qəhrəmanlı: "Əslində bütün bunlar hamsı Rauf Arifoğlunun ictimaiyyət qarşısında, Azərbaycan cəmiyyəti qarşısında ifşa olunmasından doğan aqressiyasıdır. O qorxur ki, artıq ifşa olunduqdan sonra, onun müxalifətçi maskası düşdükdən sonra cəmiyyət onun hakimiyyətin əlində bir alət kimi rolunu gördükdən sonra, qəzeti də alınmıyacaq və beləliklə, o, yavaş-yavaş hakimiyyətin nəzərindən də düşəcək".

Hər halda hər iki partiya arasında gedən söz davası indi hüquq müstəvisində həll olunmaq üzrədir. Kim haqlıdır, kim haqsız, bu da məhkəmənin gedişatında bəlli olacaq.







Fikirlər