İqtidar-müxalifət görüşü - kimlər nə dedi? - təfsilat və fotolar+audio

İqtidar-müxalifət görüşü - kimlər nə dedi? - təfsilat və fotolar+audio İqtidar və müxalifət partiyaları arasında bu günə nəzərdə tutulmuş dialoq artıq başlayıb.
Əməkdaşımızın BMM-dən verdiyi xəbərə görə, görüşə nəzərdə tutulduğundan daha çox siyasi partiya təmsilçiləri gəlib. Belə ki, iqtidar-müxalifət görüşünün 8 partiya arasında keçirilməsi nəzərdə tutulsa da, görüşə daha çox təşkilat dəvət olunub.

İqtidar düşərgəsini Prezident Administrasiyasnın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov başda olmaqla, nümayəndələr təmsil edir.

Əməkdaşımız bu durumla bağlı Ümid partiyasının sədri İqbal Ağazadənin rəyini soruşub. İ.Ağazadə cavab verib ki, onlar da belə bir situasiyanın yaranacağını gözləmirmişlər və bunun səbəbini soruşacaqlar: "Lakin bundan da xüsusi narahat deyilik".

"Yeni Müsavat"ın reportyoru Cavansir Abbasın verdiyi məlumata görə, toplantı başladıqdan bir az sonra mətbuat nümayəndələri zaldan çıxarılıb, görüşün qapalı keçirilməsi nəzərdə tutulub. Tədbirdə hər partiya sədrindən əlavə, daha bir nəfər nümayəndə qalmaqla yerdə qalan hər kəsin zalı tərk etməsi xahiş olunub. Giriş sözü ilə çıxış edən iqtidar təmsilçisi Əli Həsənov müxalifətlə dialoqda olan hakimiyyətin daima güclü olduğunu bildirib: "Bu gün ölkəmizin aparıcı müxalifət partiyalarının bir qrupunun təşəbbüsü ilə belə bir görüş keçirilir. Bundan əvvəl də bu tip görüşlər olmuşdu. İstədiyimiz mövzuda fikir mübadiləsi aparacağıq. Biz daim dialoqa hazır olmuşuq".

İqtidar-müxalifət görüşü - kimlər nə dedi? - təfsilat və fotolar+audio
İqtidar-müxalifət görüşü - kimlər nə dedi? - təfsilat və fotolar+audio








APA-nın məlumatına görə, şöbə müdiri xatırladıb ki, Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə ölkədə rifahın yüksəlməsi, iqtisadi islahatların aparılması ilə yanaşı davamlı olaraq siyasi islahatların da aparılmasının zəruriliyini vurğulayıb: “Modernləşmə siyasəti təkcə sosial-iqtisadi sahəni əhatə etmir, həm də dünyada təcrübədən keçmiş, özünü doğrultmuş siyasi islahatların sistem şəklində reallaşdırılmasını ehtiva edir: “Biz hesab edirik ki, Azərbaycan cəmiyyətinin inkişafı, daxili idarəçilik sisteminin təkmilləşdirilməsi söz və məlumat azadlığı, vətəndaş cəmiyyəti institutlarının iştirakı təmin edilmədən, siyasi partiyaların opponentlik fəaliyyəti olmadan qeyri-mümkündür”.

PA rəsmisi deyib ki, ona görə də Azərbaycan hökumətinin media, qeyri-hökumət təşkilatları və siyasi partiyalarla görüşlər davamlı xarakter daşıyır: “Bu gün də keçirilən görüş məhz Azərbaycanın bir qrup müxalifət partiyasının təşəbbüsü ilə reallaşdırılıb. Partiyaların istədiyi məsələlər ətrafında müzakirə aparacağıq, onların fikirlərini dinləyəcəyik, ümumiləşdirəcəyik və mən, Azərbaycan hakimiyyətinin nümayəndəsi kimi onları müvafiq strukturlara, Prezident Administrasiyasına və Azərbaycan Prezidenti cənab İlham Əliyevə çatdıracağam”.

Ə.Həsənov bildirib ki, siyasi partiyalarla, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şəraitində işləyən hakimiyyətlər güclü olur: “Ona görə də biz Azərbaycan hakimiyyətinin nümayəndəsi olaraq, siyasi opponentlərimizlə konstruktiv dialoqa həmişə açıq olmuşuq, bundan sonra da açıq olmağa davam edəcəyik”.
Görüş saat 13-ə qədər davam edəcək. Tədbirdən sonra mətbuata geniş açıqlama veriləcəyi gözlənilir.

***
İqtidar-müxalifət görüşü - kimlər nə dedi? - təfsilat və fotolar+audioGörüşdən sonra Əli Həsənov mətbuata açıqlama verib. O deyib: "Burada Azərbaycan vətəndaşlarını düşündürən bütün mövzularda söhbət getdi. Tədbirin yekunu kimi qərara gəlindi ki, bu görüşlər davam etdirilsin. Həm hakimiyyət, həm də burada iştirak edən siyasi partiya nümayəndələri belə bir ortaq qənaəti bölüşüblər ki, ölkənin gündəminə, insanların düşüncələrinə daxil olan daxili və xarici siyasət mövzularında bütün məsələlər növbəti görüşlərdə də müzakirə edilsin ".

Daha sonra PA-nın şöbə müdiri deyib: "Siyasi partiyalarla, media ilə bağlı, o cümlədən ətrafında söz-söhbətlər olan son həbslərlə bağlı ciddi və açıq müzakirələr getdi". Əli Həsənov deyib ki, bu dəfə görüşdə 17 siyasi partiya iştirak edib: "Onlardan 8-i ilkin təşəbbüsçü olub. Lakin mətbuata məlumat çıxandan sonra formatı böyütmək məcburiyyətində qalındı. Bir sıra partiyalar da bu görüşdə iştirak etmədi. Biz bundan sonra çalışacağıq ki, digər partiyalar da iştirak etsinlər. İlk görüş üçün kifayət qədər lazımlı, dinamik bir görüş oldu. Həm də növbəti görüşlər üşçün bir zəmin hesab etmək olar bu görüşü".

İqtidar-müxalifət görüşü - kimlər nə dedi? - təfsilat və fotolar+audio
İqtidar-müxalifət görüşü - kimlər nə dedi? - təfsilat və fotolar+audio








Görüş barədə fikirlərini açıqlayan millət vəkili, Ümid Partiyasının rəhbəri İqbal Ağazadə jurnalistlərə deyib ki, biz mesajlarımızı və xoş niyyətimizi bildiridik, hakimiyyət nümayəndələri nə istədiyimzi bildilər: "O cümlədən, predmetli dialoq istədiyimizi çatdırdıq. Dedik ki, digər partiyalar da növbəti görüşlərdə iştirak etsinlər. Burada elə təşkilatlar, partiyalar var idi ki, onlar buraya niyə gəldiklərini belə bilmirdilər. Biz bu cür görüş formatını yox, predmetli dialoqu təklif edirik. Heç bir mövqeyi olmayan təşkilatların buraya çığırılmasının mənası belə yoxdur. Bugünkü görüşü isə iqtidar-müxalifət dialoqu yox, görüş adlandırmaq mümkündür".




ADP sədri Sərdar Cəlaloğlu uzun müddətli fasilədən sonra bu görüşü başlanğıc olaraq olduqca müsbət qiymətləndirdiyini bildirib: "Təbii ki, bugünkü görüşü siyasi dialoq hesab etmək olmaz. Çünki spektrin bir sıra mühüm təşkilatları iştirak etmədilər. Lakin burada çox mühüm mövzular qaldırıldı. Müzakirə edildi. Biz hesab edirik ki, dialoq uzunmüddətli bir prosesdir və burada qaldırılan mövzuların hamısı ciddi müzakirə olunmalıdır. Buradan göründü ki, iqtidar özü də bu cür görüşlərdə maralıdır. Bizim də xüsusi marağımız var. Hakimiyyət təmsilçisinin buradakı mövqeyi ümid yaratdı ki, real siyasi dialoq başlatmaq mümkündür. Hər şey tərəflərin nə dərəcədə səmimi olmasından, milli və dövlət maraqlarına xidmət etməsindən asılı olacaq ".



Görüşdə iştirak edən millət vəkili Fərəc Quliyev jurnalistlərə deyib ki, bu görüş münasibətlərin bundan sonra sivil məcrada irəliləməsi üçün mühüm mərhələdir: "Bütün proses və münasibətlər küçələrdə yox, masa arxasında getməlidir. Burada mühüm mövzular müzakirə olundu. Münasibətlərin bundan sonrakı inkişafı üçün bugünkü görüş ciddi zəmindir".


Musavat.com






Fikirlər