Arif Hacılı saxta MÜHACİRLƏRİN məhkəməsində iştirak edir? - Partiyadan AÇIQLAMA

Müsavat Partiyasının Divan üzvü Alya Yaqublunun Facebook səhifəsində qalmaqallı status paylaşdığı barədə məlumat bu qurumda səs-küyə səbəb olub.

Sosial şəbəkələrdəki müzakirələrdən belə məlum olur ki,  o, son illərdə gündəmdən düşməyən  Müsavat, AXCP və digər müxalif qurumların saxta bilet alveri məsələsini qabardıb.

“Bu ölkənin dərdi təkcə hakimiyyət deyil. Bu ölkənin dərdi həm də odur ki, biletsatanın biri ömrünü bu hakimiyyətlə mübarizəyə həsr eləmiş birini hakimiyyətə işləməkdə ittiham edir. Təsəvvür eləyə bilirsiniz?”.

Alya Yaqublu Müsavat başqanı Arif Hacılını da diqqətdən kənarda qoymayıb.

“Müsavat başqanı Arif Hacılının son aylarda tez-tez Avropa ölkələrinə getməsi barədə də bəzi iddialar səslənir. Deyilənlərə görə, Arif Hacılı saxta yollarla mühacirətə gedən şəxslərin məhkəmələrində iştirak edərək, onlar barəsindəki saxta məlumatları təsdiqləyir. Müsavatdan sızan bilgidə deyilir ki, bu, xeyli bahalı prosedur sayılır”...
Modern.az  saytı Arif Hacılı ilə əlaqə saxlamağa çalışsa da, telefonlara cavab verməyib.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı başqanı haqqında yazılanlara reaksiya verib.

“Məsələ ilə bağlı Alya xanımın Facebook səhifəsində təkzibi var. Saytlarda yazmadığı ifadələrdən istifadə edilib. Siz jurnalistlər yaxşı olar ki,  Alya xanımın yazdığı statusa baxasınız. “Ağzımdan  çıxmayan və yazmadığım statusdan xəbər yazmaq ayıbdır”, deyə o qeyd edib.

 Bu, birbaşa jurnalistlərə mesajdır ki, ya ağlınızı başınıza yığın, ya da kim haqdasa nəsə yazmaq istəyirsinizsə, mənim adından istifadə etməyin!. Ona görə də yazılan məlumatlar doğru deyil. Alya xanımın Arif Hacılı barəsində elə bir statusu yoxdur və elə bir söz deməyib. Sadəcə, informasiya uydurmadır”.






Fikirlər