Azərbaycanın Birinci VİTSE-PREZİDENTİNİN köməkçilərinin SAYI ARTIRILDI

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban əliyevanın köməkçilərinin sayı artırılıb.

AzerTaym.az xəbər verir ki, APA-nın məlumatına görə, bu, prezident İlham Əliyevin “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiqi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 30 may tarixli 2922 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə” sərəncamda əksini tapıb.

Dəyişikliyə əsasən, Birinci vitse-prezidentin köməkçilərinin sayı 5-dən 6-ya qaldırılıb. 

Birinci vitse-prezidentin işlərinin təminatı sektorunda isə işçi ştatının sayı 9 ştatdan 14 ştata qədər artırılıb. 

Qeyd edək ki, hələlik Birinci vitse-prezidentin 4 köməkçisi təyin edilib.

Bunlar Anar Ələkbərov, Yusuf Məmmədəliyev, Elçin Əmirbəyov və Gündüz Kərimovdur.

 






Fikirlər