Heydər və İ.Əliyevlərin sitatlarını kim silir?!

Heydər və İ.Əliyevlərin sitatlarını kim silir?!Bakının bəzi yerlərində, xüsusən də körpü və yeraltı keçidlərdən Heydər və İlham Əliyevlərə aid sitatlar, bəzi görkəmli yerlərdənsə mərhum ölkə başçısının portretləri yığışdırılır.

Məsələn, Babək körpüsünün başlanğıcında - “Xalqlar dostluğu” dairəsi yaxınlığında bir vaxtlar yazılmışdı ki, bu körpü prezident İlham Əliyevin sərəncamı ilə filan tarixdə tikilib. Amma bir müddətdir ki, həmin yazı pozulub, yeri isə boyanıb. Hərçənd şəhərin başqa yerlərində izləri tam silə bilməyiblər...

Bu körpüdən bir qədər aralıda - Ukrayna dairəsi yaxınlığında keçmiş prezidentin nə vaxtsa əkdiyi ağacın qorunduğu Heydər Əliyev Parkı yerləşir. Parkda Heydər Əliyevin heykəli qalsa da portreti yığışdırılıb.

Ukrayna dairəsində isə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən şəkillər yoxa çıxıb.

Ötən ay “Azadlıq” radiosu yazmışdı ki, Heydər Əliyevin portreti Fəhlə prospektindən, metronun “Qara Qarayev” stansiyası yaxınlığından da götürülüb.

Bir-iki ay əvvələ kimi demək olar ki, bütün yeraltı keçidlərdə prezident İlham Əliyevin sitatlarına rastlamaq olardı. Amma bu gün həmin sitatların çoxu silinib.

Milli Akademik Dram Teatrı ilə üzbəüz keçiddə, Milli Bankın çıxışındakı keçiddə, Ayna Sultanova heykəlinin, “Gənclik” metrosunun yaxınlığında, “Xutor”dakı körpü, keçid və yolötürücü qovşaqlarda sitatlar yoxa çıxsa da yerləri hələ də bilinir. Kobud desək, izitirmə əməliyyatı səliqəsiz aparılıb. Bəzilərinin yerinə suvaq vurulub, bəzilərinin yeri boyanıb.

Bəs bu sitatları pozmaqda məqsəd nədir?

Gün ərzində Bakı Şəhər İcra Hakimiyyətinə, eləcə də bir neçə rayon icra hakimiyyətinə zəng vursaq da rəsmi cavab ala bilmədik. Bircə Xətai Rayon İcra Hakimiyyətinin qəbul otağından faktı təkzib etmədən dedilər: “Səbəbini biz də bilmirik”.

Səbayel Rayon İcra Hakimiyyətindən bildirdilər ki, bu suala cavab verməyə vaxtları yoxdur: “İndi tədbir var...” (Azadlıq radiosu)


Heydər və İ.Əliyevlərin sitatlarını kim silir?!
Heydər və İ.Əliyevlərin sitatlarını kim silir?!
Heydər və İ.Əliyevlərin sitatlarını kim silir?!
Heydər və İ.Əliyevlərin sitatlarını kim silir?!
Heydər və İ.Əliyevlərin sitatlarını kim silir?!
Heydər və İ.Əliyevlərin sitatlarını kim silir?!






Fikirlər