İlham Əliyev və xanımı Goranboya gedib

İlham Əliyev və xanımı Goranboya gedibOktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Goranboy rayonuna səfərə gəliblər.
"AzerTaym.az" xəbər verir ki, Dövlət başçısı və xanımı əvvəlcə Heydər Əliyevin Goranboy rayonunun mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev son vaxtlar rayonda görülən işlər və Ulu Öndərin yeni ucaldılan abidəsinin ətrafında aparılan geniş abadlıq tədbirləri barədə Prezident İlham Əliyevə məlumat verdi.

Bildirildi ki, Heydər Əliyevin adını daşıyan parkda aparılan abadlıq-quruculuq işləri nəticəsində burada əhalinin istirahəti üçün hər cür şərait yaradılıb. Geniş yaşıllıq zolaqlarının salındığı parkda orijinal memarlıq quruluşuna malik Heydər Əliyev Mərkəzi inşa edilib.






Fikirlər