Krallıq min PEŞMAN OLACAQ: ABŞ Ər-Riyadın CƏZASINI AÇIQLADI

Картинки по запросу kaşıkçı

Səudiyyəli jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda qətli ilə əlaqədar ABŞ-ın Ər-Riyada qarşı tətbiq edəcəyi sanksiyalar məlum olub.

Publika.az xəbər verir ki, ABŞ-ın dövlət katibi Maykl Pompeo səudiyyəli səlahiyyətlilərin vizalarının ləğv ediləcəyini, viza qadağası və digər sanksiyaların tətbiq ediləcəyini açıqlayıb.

Pompeo sanksiyaların Qlobal Maqnitski İnsan Haqları Cavabdehliyi Qanunu (“Global Magnitsky Human Rights Accountability Act”) çərçivəsində qəbul ediləyəcəyini söyləyib. O, ABŞ-ın bununla da kifayətlənməyəcəyini, yeni məlumatlar çərçivəsində fərqli sanksiyalar tətbiq oluna biləcəyini vurğulayıb.

“ABŞ Qaşıqçının susdurulması üçün edilən bu tərz qəddar hərəkətə dözüm göstərməyəcək”, - Dövlət Departamentinin başçısı əlavə edib.

ABŞ Dövlət Departamentinin sözçülərindən biri isə səudiyyəli 21 səlahiyyətlinin vizaları ləğv edilərək viza qadağasının tətbiq ediləcəyini bildirib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Böyük Millət Məclisində Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında çıxış edib. Prezident Camal Qaşıqçının qətli ilə bağlı önəmli detalları açıqlayıb.

 

Dünyanın gözü ORADA İDİ: Ərdoğan Qaşıqçı ilə bağlı ŞOK SİRLƏRİ AÇDI - VİDEO

Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasına gəlib və bundan sonra itkin düşüb.

Səudiyyə Ərəbistanı hökuməti Camal Qaşıqçının Krallığın İstanbuldakı Baş konsulluğunda münaqişə nəticəsində öldüyünü təsdiq edib. Qaşıqçının qətlə yetirilməsi ilə bağlı iş üzrə Səudiyyə Ərəbistanının 18 vətəndaşı saxlanılıb.

Krallıq min PEŞMAN OLACAQ: ABŞ Ər-Riyadın cəzasını açıqladı

 

 

 

 






Fikirlər