“Rauf Arifoğlu İlyas İsmayılovun dairəsindən deputat seçilə bilməz”

rauf_1441047670_3 (1)Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılovun namizədliyini yenidən irəli sürdüyü 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsində onun rəqibi “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu olacağı söylənilir. Eyni dairədən Rauf Arifoğlunun da namizəd olacağını nəzərə alsaq, bu halda İlyas İsmayılovun deputat olmaq şansı nə qədərdir?
Ədalət Partiyasının aparat rəhbəri Mütəllim Rəhimli modern.az-a bildirib ki, Konstitusiyaya əsasən hər kəsin istənilən dairədən namizədliyini irəli sürmək hüququ var: “Rauf Arifoğlu da Azərbaycan vətəndaşı olduğundan istədiyi dairədən namizədliyini irəli sürə bilər. Bu, onun konstitusion hüquqlarından biridir.
İlyas İsmayılovun həmin dairədən iki dəfə deputat seçildiyini nəzərə alsaq, deyə bilərik ki, yenidən deputat seçilməsi gözləniləndir və o, kifayət qədər seçicilər arasında nüfuza malikdir. Çünki indiyə qədər seçicilərin problemləri və qayğıları ilə yaşayıb. Bir çoxlarından fərqli olaraq mütəmadi seçicilərlə görüşlər keçirib və bunlar formal xarakter daşımayıb, əksinə onların problemlərinin həllinə yönələn çox ciddi addımlar atılıb. Bu baxımdan, mən şübhə etmirəm ki, İlyas İsmayılov yenidən seçicilərin böyük əksəriyyətinin səsini qazanaraq deputat seçiləcək”.






Fikirlər