Türkiyədən Misirə SƏRT CAVAB...

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy Türkiyənin İraqın şimalında yuva salmış terrorçulara qarşı apardığı “Qartal pəncəsi” (Pençe-Kartal) və “Pələng pəncəsi” (Pençe-Kaplan)  əməliyyatlarına dair Misir Ərəb Respublikasının Xarici İşlər Nazirliyinin sualına yazılı cavab verib. Aksoy Misirin Türkiyənin apardığı əməliyyatlarla  bağlı açıqlamasının cavabında “çevrilişlə vəzifə başına gələrək özləri kimi qiyamçı Həftərə dəstək olmaq üçün Liviyaya müdaxilə təhdidi edənlərin Türkiyənin antiterror əməliyyatlarını qınamasının tragikomik olduğunu” bildirib.

“Anadolu Agentliyi”nin verdiyi xəbərə görə Aksoy deyib: “Misir Ərəb Respublikasının Xarici İşlər Naziriyinin bu gün verdiyi açıqlamada İraqın şimalında yuva salmış və həm bizim ölkəmizin, həm də İraq dövlətinin vətəndaşlarına onillərlə zülm edən PKK terror təşkilatına qarşı aparmaqda olduğumuz “Qartal pəncəsi” və “Pələng pəncəsi” əməliyyatlarımızı pisləməsini və ölkəmizi  regionda qeyri-sabitlik mənbəyi kimi ittiham eləməsini rədd edirik”.

Dışişleri Bakanlığı Sözcüsü Aksoy'dan Arap Ligi Genel Sekreteri'ne ...

Aksoy bildirib: “Çevrilişlə hakimiyyətə gələn və özləri kimi qiyamçı olan Həftəri dəstəkləmək üçün Liviyaya müdaxilə təhdidi edənlərin terror qarşı əməliyyatlarımızı pisləməsi tragikomikdir. Bu tərzdə məsuliyyətsiz açıqlamalar iddia edildiyi kimi, daima yanında olduğumuz qardaş İraq xalqının yox, əliqanlı PKK terror təşkilatının mənafeyinə xidmət edən cəhdlərdir. Unudulmamalıdır ki, PKK terror təşkilatı İraqda da sabitliyi, təhlükəsizliyi və ölkənin ərazi bütovlüyünü təhdid eləməkdədir. Türkiyə olaraq, PKK və dəstəkçiləri tərəfindən hüquqları tapdalanan İraq xaqlının arxasında durmağa və terrorçuluğa qarşı qətiyyətlə mübarizə aparmağa davam edəcəyik”.






Fikirlər