Klintonlar ailəsində xəyanət, narkotik və zorakılıq – Hillari Klintonun karyerasına təhlükə

ABŞ-da nəşr olunan «The New York Post» qəzetində Birləşmiş Ştatların keçmiş prezidenti Bill Klinton və xanımı - ölkənin keçmiş dövlət katibi Hillari Klintonla bağlı qalmaqallı məqalə dərc olunub. 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, məqalədə Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın məsləhətçisi Rocer Stounun müəllifi olduğu kitabdan bəhs olunur.

Oktaybrın 13-də işıq üzü görəcək «The Clintons War On Women» (Klintonların qadınlara qarşı savaşı) adlı kitabda Klintonların şəxsi həyatına dair sensasion iddialar yer alıb.

Müəllif yazır ki, xanım Klinton ərinin daimi xəyanətlərindən təngə gəldiyi üçün uzun illər onu döyürmüş:«Hillari Bill Klintonu sərt alətlərlə döyür, üzünü qanayana qədər cırmaqlayırdı. 1993-cü ildə Hillari Kanzasa - ölüm ayağında olan atasının yanına gedir.

O gedən kimi Bill Ağ Evdə ziyafət təşkil edir və ora Barbara Streyzandı da dəvət edir. Qəzəblənən Hillari bu addıma görə onu möhkəm cırmaqlamışdı».  

Bill Klinton və keçmiş sevgilisi Monika Levinski

Stoun yazır ki, Hillari dəfələrlə Məxfi Xidmət əməkdaşlarının üstünə qışqırır, onlardan çantalarını arxasınca daşımağı tələb edirmiş. 

Məlumata görə, kitabda Klintonların ailə üzvlərindən birinin narkotik asılılığına dair kompromat da yer alıb. Və bu məlumat Hillari Klintonun siyasi karyerasını sarsıdaraq onun prezident postuna iddia etməsinə imkan verəməyəcək: «Siz seçki kampaniyasında Hillari Klintonun saxta tərəfini görürsüz”.  

 

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri gələn il noyabrın 8-də keçiriləcək. İyulda isə Demokratlar Partiyası prezidentliyə öz namizədini müəyyənləşdirəcək.

Hillari Klintondan başqa bu partiyadan Harvard Universitetinin professoru Lourens Lessiq, senator Berni Sanders, Merilənd ştatının keçmiş qubernatoru Martin O-Melli, keçmiş qubernator Linkoln Çafi, keçmiş senator Cim Uebb də prezidentliyə iddialıdır.

Lakin hələ ki demokratlardan reytinqlərdə ilk sırada Klinton gedir. 

Tramp və Klinton

Rəqib respublikaçılardan isə Donald Tramp öndədir. Trampın məsləhətçisinin seçki öncəsi belə bir kitab çıxartması da şübhəsiz, Hillari Klintonu «vurmağa» və reytinqini zəiflətməyə hesablanıb.






Fikirlər