Zakir Həsənov göstəriş verdi, əsgər valideynləri hərbi hissələrə buraxıldı

 

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq göstərişinə əsasən, oktyabrın 25-də saat 11.00-da bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilib.

Strateq.az  Müdafiə Nazirliyinə istinadın xəbər verir ki, ziyarətçilər hərbi hissələrdə şəxsi heyətin yaşayış və məişəti üçün yaradılan şərait, eləcə də xidməti və inzibati binalar, əsgər yataqxanaları və yeməkxanaları ilə yaxından tanış olublar.

Bundan əlavə, valideynlər hərbi hissələrin komandanlığı ilə görüşərək, onları maraqlandıran suallara ətraflı cavab alıblar.






Fikirlər