"GERÇƏK TERRORİST SİZSİNİZ" - Belçika parlamentində İsrailə ağır ittihamlar + VİDEO

"Ordunuzun bu bir neçə ayda öldürdüyü uşaqların sayı dünya miqyasında son bir ildə öldürülən uşaqların sayına bərabərdir. Bu hadisəni qanuniləşdirmək üçün buraya gəlmisiniz?".

"AzPolitika" xəbər verir ki, bunu Belçika parlamentinin üzvü Nabil Bukili İsrailin Brüsseldəki səfiri İdit Rosenzvayq-Abunun qaçqın düşərgələrində əsir saxlanılan fələstinliləri “terrorçu” adlandırmasına  münasibət bildirərkən deyib.

Rosenzvayq-Abunun Qəzzadakı soyqrım siyasətini qanuniləşdirməyə cəhd edən açıqlamalarından sonra Bukili İsrail ordusunu "işğal ordusu" adlandırıb və səfirə bu sulları ünvanlayıb: "Onların Fələstin və Livan xalqlarına etdiklərini müdafiə etməyə necə cəsarət edirsən! Müharibə və insanlığa qarşı cinayətlərinizə necə haqq qazandırıb qanuniləşdirə bilirsən? Buna necə cəsarət edirsiniz? Xanım səfir, bu vəhşiliyi qanuniləşdirmək istəyirsiniz?".

Daha sonra sosial mediada işğal etdikləri Qəzzada fələstinli ailələrin paltarlarını geyinərək, onları ələ salan İsrail ordusunun əsgərləri haqqında danışan belçikalı millət vəkili sözlərinə belə davam edib: "Dünyanın ən əxlaqlı ordusu dediyiniz əsgərlər "TikTok"da ölən qadının paltarını hərbi qənimət kimi, geyinərək qürurla bunu nümayiş etdirirlər. Ancaq öz etiraflarına görə, bu qənimətlər qadın və uşaqları öldürməklə əldə edilib. Bu, dünyanın ən əxlaqlı ordusudurmu? Bu insanların hüquqları var. Onların yaşamaq, azadlıq, müstəqillik haqqı var. Siz bu hüquqlara qarşı mübarizə aparırsınız. Etnik təmizləmə və soyqırım edirsiniz. Gerçək terrorist sizsiniz. Terrorla müharibə bəhanəsi altında bölgədə etnik təmizləmə və soyqrım həyata keçirirsiniz! ”.

Belçika parlamentinin üzvü daha sonra ittihamlarını daha da sərtləşdirib: " Bölgənin ən terrorçu ordusu sizin ordunusdur!  76 ildir Fələstini sömürürsünüz! Hansı ki, 76 il əvvəl 7 oktyabr hadisələri olmamışdı. Beynəlxalq təşkilatlar tərəfindən qorunan bütün normaları pozursunuz! Beynəlxalq hüquqa hörmət etmirsiniz!  Asi bir dövlətə çevrilmisiniz! BMT-də Baş naziriniz danışarkən digər ölkələr salonu tərk edir. Bütün bunlara baxmayaraq, gəlib burda yalanlarınızla etdiyiniz əməllərə qanunu don geyindirməyə necə cəsarət edirsiniz? Haqqsız olanı,necə haqlı çıxara bilərsiniz? Soyqırım və hərbi cinayətlərinizə necə qanuni don geyindirə bilərsiniz? Sizin burda olmanız belə haqqsız və məntiqsizdir. Bunu qəbul etmirik!"

 

 

 






Fikirlər