Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın Azərbaycandakı səfiri Qasım Mohyuddini qəbul edib. Yenisabah.az xəbər verir ki, bu barədə səfir "X"də yazıb. "Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşdüm. Biz bütün sektorlarda Pakistan-Azərbaycan əməkdaşlığını daha da inkişaf etdirməyə sadiqik", - deyə diplomat qeyd edib.